Baş rolda Pakistan: Dünyaya yeni koridor açılır!

Baş rolda Pakistan: Dünyaya yeni koridor açılır!
14.04.2026 17:28

Pakistanın Qvadar limanından İran ərazisi ilə Mərkəzi Asiyaya (Daşkənd) ilk yük — dondurulmuş ət partiyası göndərilib. Bu addım yeni “Pakistan-İran Tranzit Koridoru”nun rəsmi açılışı hesab olunur.

Pakistanın Tranzit Ticarət Baş Direktorluğu və beynəlxalq media qurumlarının məlumatına görə, prosesin texniki detalları aşağıdakı kimidir: Karaçi və Qvadardan yola çıxan dondurulmuş ət məhsulları BMT-nin TIR sistemi (beynəlxalq avtomobil nəqliyyatı) çərçivəsində Daşkəndə (Özbəkistan) çatdırılmaq üçün İrana keçid edib. 

Əfqanıstan marşrutunun bağlanması burda əsas zərurəti təşkil edib. 2025-ci ilin oktyabrında Torkham və Çaman sərhəd keçidlərində “Taliban”la baş verən toqquşmalardan sonra Pakistanın bu yolları bağlaması Mərkəzi Asiya ilə ticarəti iflic etmişdi. 

TIR sistemi sayəsində yüklər möhürlənmiş şəkildə, sərhədlərdə minimum yoxlama ilə daha sürətli və ucuz daşınır. Layihə Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) ilə sıx inteqrasiya olunub və Çinin regiondakı maraqlarına xidmət edir.

Niyə məhz indi?

Bu koridorun fəaliyyətə başlaması üç mühüm amilin vəhdətindən xəbər verir:

1. Pakistanın son həftələrdə ABŞ və İran arasında sülh danışıqlarına ev sahibliyi etməsi ölkənin "diplomatik kreditini" artırıb. Koridorun açılışı İslamabadın həm ticarət, həm də siyasətdə “körpü” olmaq istəyini nümayiş etdirir.

2. Pekin Mərkəzi Asiyaya ən qısa çıxış yolu kimi Qvadar limanına güvənir. Hindistanın İrandakı Çabaharda həyata keçirdiyi layihələrin ABŞ sanksiyaları səbəbindən ləngiməsi Qvadarın əhəmiyyətini artırır.

3. Əfqanıstanın qeyri-sabitliyi fonunda İran ən etibarlı alternativə çevrilir. Bu, sanksiyalardan əziyyət çəkən Tehran üçün həm də əlavə tranzit gəliri deməkdir.

Cənubi və Mərkəzi Asiya arasında yeni “quru körpü” ticarət dövriyyəsinin artmasına və qiymətlərin enməsinə səbəb ola bilər. Marşrutun Əfqanıstan yolundan xeyli uzun olması, İranın məruz qaldığı sanksiyalar və Pakistanın Bəlucistan bölgəsindəki təhlükəsizlik problemləri əsas maneələrdir.

Bu koridor “Şimal-Cənub” və “Orta Dəhliz” layihələrinə dolayı təsir göstərir. Çin və Pakistanın Mərkəzi Asiyanı cənubdan açması bizim marşrutlarımız (Bakı-Tbilisi-Qars, Zəngəzur) üçün müəyyən rəqabət yarada bilsə də, bütövlükdə regionun logistik imkanlarının genişlənməsi yeni bazar fürsətləri vəd edir.

Pakistan-İran koridorunun işə düşməsi regional xəritədə ciddi yenilikdir. Baxmayaraq ki, bəzi mənbələr bunu mütləq uğur kimi təqdim edir, reallıq daha mürəkkəbdir: bu, həm Əfqanıstan böhranının doğurduğu zərurət, həm də Pakistan-Çin birgə strategiyasının nəticəsidir. Koridorun dayanıqlılığı sanksiyaların gedişatından və təhlükəsizlik faktorundan asılı olacaq. 

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Все новости