Tehran seçim qarşısındadır: Uranın zənginləşdirilməsi müharibəyə aparır?

Tehran seçim qarşısındadır: Uranın zənginləşdirilməsi müharibəyə aparır?
30.12.2025 17:24

“İranın ABŞ və İsrailin birgə hücumları qarşısında durmaq, onlara layiq olduqları cavabı vermək imkanı yoxdur. Onlar bu reallığı dərk edib, verilən təklifləri qəbul edərək ölkə daxilində uranın zənginləşdirilməsindən imtina etsələr, bu, həm bölgənin maraqlarına cavab verərdi, həm də İran sakit yaşamaq imkanı əldə edə bilərdi”.

Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə şərh edərkən bildirib.


Onun sözlərinə görə İran ABŞ və Avropa ilə nüvə proqramı ilə əlaqədar uzun müddətdir ki, danışıqlar aparır:

“Həm ABŞ, həm də digər dövlətlər İrana uranın ölkə daxilində zənginləşdirilməsindən imtina etməyi təklif edirlər. Xaricdən zənginləşdirilmiş uran almağı, və yaxud bölgədə uranı zənginləşdirən dövlətlərin konsorsiumunun yaranmasını təklif edirlər. Ancaq İran bu təklifləri qəbul etmək niyyətində deyil”.

Analitik xatırladıb ki, İran daha əvvəl İsrail və ABŞ tərəfindən hava hücumlarına məruz qalıb, iri nüvə obyektləri bombalanıb və müəssisələrin xeyli hissəsi sıradan çıxarılıb. Onun fikrincə, ABŞ və İsrail Tehran güzəştə getmək istəmədiyi təqdirdə, yenidən bunkerəleyhinə bombalardan istifadə edərək İranda uranın zənginləşdirildiyi müəssisələri tamamilə sıradan çıxara bilərlər.

Politoloq, həmçinin müharibə ehtimalının yüksək olmadığını düşünərək izah edib ki, ABŞ-nin əsas məqsədi uranın zənginləşdirilməsinin qarşısını almaqdır və bunun üçün quru əməliyyatlarına ehtiyac yoxdur.

“Bu obyektləri havadan bunkerəleyhinə bombalarla sıradan çıxarmaq mümkündür. ABŞ də məhz bu yolu seçib və ehtimal ki, bundan sonra da eyni taktikanı davam etdirəcək”.

A.Səmədov sonda bildirib ki, İranın ABŞ və İsrailin birgə hücumları halında cavab verməsi mümkün görünmür.


Qeyd edək ki, Vaşinqton açıq şəkildə Tehranın nüvə və raket proqramları ilə bağlı mümkün addımlarının ABŞ-nin dəstəyi ilə İsrailin sərt hərbi cavabına səbəb ola biləcəyini bildirib.

ABŞ Prezidenti Donald Trampın xəbərdarlığından sonra İranın ali dini lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şamxani Tehranın ona qarşı təcavüz halında cavab tədbirləri görəcəyinə əminlik verib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər