Bakı–Tbilisi–Ceyhan hədəfdə: Kəmər niyə “ox olub gözə batır”?

Bakı–Tbilisi–Ceyhan hədəfdə: Kəmər niyə “ox olub gözə batır”?
21.04.2026 15:15

Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri sadəcə infrastruktur layihəsi deyil, Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən, regionun enerji təhlükəsizliyi və siyasi müstəqilliyinin simvoluna çevrilən strateji “onurğa sütunu”dur. Bu kəmər Xəzər neftini Rusiya və İran ərazisindən yan keçərək birbaşa Aralıq dənizinə çıxarır, Azərbaycanın enerji ixracını şaxələndirir, Qərbin enerji maraqlarını regionla bağlayır və Türkiyəni enerji tranzit mərkəzinə çevirən əsas layihələrdən biri kimi çıxış edir. Lakin onun tarixi boyu qarşılaşdığı diplomatik, fiziki və hibrid təzyiqlər göstərir ki, BTC həm iqtisadi, həm də geosiyasi “şahmat oyunu”nun mərkəzindədir.

BTC-nin əsas prinsipi Rusiya və İrandan yan keçməkdir. 1990-cı illərin sonlarında müəyyən edilən bu marşrut Xəzər hövzəsinin enerji resurslarını Moskvanın nəzarətindən çıxararaq Azərbaycan və Gürcüstana daha böyük enerji müstəqilliyi qazandırdı. Qərb üçün bu, enerji təchizatının diversifikasiyası, region ölkələrinin isə təhlükəsizliyinin Qərb maraqları ilə uzlaşdırılması demək idi. Türkiyə üçün isə Ceyhan limanının qlobal enerji xəritəsində mühüm mərkəzə çevrilməsi və ölkənin tranzit “hub” statusunun güclənməsi ilə nəticələndi. Beləliklə, BTC yalnız neft daşımır, həm də regionda yeni geosiyasi balans formalaşdırır.

Layihənin inşası dövründə əsas müqavimət diplomatik səviyyədə idi. Rusiya və qismən Ermənistan lobbiləri marşrutun “ekoloji risklərini” qabardaraq investorları çəkindirməyə çalışırdılar. Bu, layihəni iqtisadi cəhətdən riskli göstərməyə yönəlmiş yumşaq güc siyasəti idi.

Fiziki təzyiqlər isə xüsusilə 2008-ci ildə artdı. Türkiyə ərazisində kəmərin bir hissəsində baş verən partlayış (PKK terror təşkilatı üzərinə götürmüşdü) və Avqust müharibəsi zamanı Rusiya aviasiyasının kəmərə yaxın ərazilərə zərbələr endirməsi BTC-nin həm də hərbi-siyasi hədəf olduğunu göstərdi.

İkinci Qarabağ müharibəsi zamanı risklər yenidən aktuallaşdı. Tovuz istiqamətindəki toqquşmalar və oktyabr ayında Yevlax yaxınlığında BTC-yə raket hücumu cəhdi regionda enerji infrastrukturunun nə qədər həssas olduğunu göstərdi. Raketlər kəmərə ciddi zərər vurmadan yaxın ərazidə düşdü. Bu hadisələr enerji infrastrukturuna yönələn yeni hərbi yanaşmaların mövcudluğunu ortaya qoydu.

Bu gün BTC daha çox kibertəhlükəsizlik riskləri ilə üz-üzədir. SCADA sistemləri mümkün kiberhücumların əsas hədəfidir və bu, ciddi iqtisadi və əməliyyat pozuntularına səbəb ola bilər. Gürcüstan marşrutu isə regiondakı geosiyasi gərginliklər səbəbindən həssas olaraq qalır.

2026-cı ildə isə İranla bağlı təhlükə ehtimallarının artdığı, IRGC ilə əlaqəli şəbəkələrin BTC-yə və Azərbaycandakı hədəflərə qarşı planlarının ifşa edildiyi barədə məlumatlar yayılıb. Bu bardə İsrail XİN məlumat yayıb. Bu, BTC-nin artıq regional deyil, daha geniş geosiyasi qarşıdurmaların tərkib hissəsinə çevrildiyini göstərir.

BTC 20 ildən artıqdır fasiləsiz fəaliyyət göstərərək milyardlarla barel neft nəql edib. Onun təhlükəsizliyi beynəlxalq operatorlar və tərəfdaşlar tərəfindən təmin olunur. Bununla belə, BTC sadəcə enerji xətti deyil, Cənubi Qafqazda güc balansını müəyyən edən strateji faktordur. Ona qarşı yönələn təzyiqlər regionda geosiyasi rəqabətin davam etdiyini göstərir. BTC-nin mövcudluğu isə enerji təhlükəsizliyi və regional sabitliyin əsas dayaqlarından biri olaraq qalır.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 Все новости