Azərbaycanın Ukrayna siyasəti: REGİONAL SABİTLİYƏ TÖHFƏ

Azərbaycanın Ukrayna siyasəti: REGİONAL SABİTLİYƏ TÖHFƏ
26.05.2025 13:16 Təhlil

“Azərbaycanın Ukrayna siyasəti balanslaşdırılmış və milli maraqlara uyğun şəkildə davam edir”. 

Politoloq Azad Məsiyev bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun sözlərinə görə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və bu, rəsmi Bakı tərəfindən beynəlxalq hüquqa əsaslanaraq dəfələrlə bəyan edilib.

Azərbaycanın əsas istəyi Rusiya-Ukrayna münaqişəsinin tezliklə diplomatik yolla həll edilməsidir və bu yanaşma ölkə rəhbərliyi tərəfindən davamlı şəkildə ifadə olunub.

"Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Azərbaycana son səfəri, Prezident İlham Əliyevlə, eləcə də xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşləri Ukraynanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərir. Bu səfər iki ölkə arasında mövcud olan siyasi və iqtisadi münasibətlərin inkişafına xidmət edir. Azərbaycan Ukraynaya humanitar yardım göstərməkdə də davam edir və bu, rəsmi Bakının münaqişə bölgəsində baş verən humanitar fəlakətə biganə qalmadığının göstəricisidir. Biz bu məsələdə balanslaşdırılmış siyasət yürüdürük və münaqişə tərəflərindən heç birini dəstəkləmirik. Bunun səbəbi isə tək istəyimiz regionda sülhün əldə olunmasıdır". 

Analitik diqqətə çatdırıb ki, Azərbaycan neytral mövqe sərgiləyir və Qərbdən gələn təzyiqlərə baxmayaraq, milli maraqlara əsaslanan balanslı xətt aparır. Bu, həm ölkənin beynəlxalq imicinə, həm də regional sabitliyə töhfə verir.

Bundan başqa, Azərbaycan ilə Ukrayna arasında münasibətlərin gələcəkdə daha da inkişaf etməsi üçün əsas istiqamətlər iqtisadi və humanitar sahələrdir. Xüsusilə də, Ukraynanın enerji infrastrukturunun müharibə səbəbilə zərər görməsi fonunda Azərbaycanın enerji sahəsində dəstəyinə ehtiyac olduğu vurğulanır.

“Sibiqanın azərbaycanlı həmkarı ilə baş tutan mətbuat konfransında məhz humanitar yardımlara görə təşəkkürlərini bildirməsi və Azərbaycanın dəstəyini davamlı olaraq hiss etdiklərini vurğulaması məhz bunun sübutudur. Həmçinin Ceyhun Bayramovun rəsmi Bakının Kiyevə humanitar yardımı davam etdirəcəyini qətiyyətlə söyləməsi qarşılıqlı etimadın gücləndirilməsinə çox böyük töhfələr verdi. Belə ki, Azərbaycan tərəfi bu günə kimi Ukraynaya 40 milyon dollardan artıq humanitar yardım göndərib.  Həmçinin rəsmi Bakı yaxın dövrdə keçiriləcək Ukraynanın Bərpası Konfransına da önəm verir və burada iştirak edəcəyini açıqlayıb. Bu, Azərbaycanın humanistliyindən xəbər verir”.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa mayın 25-də Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı XİN başçısını qəbul edib.     

Daha sonra Sibiqanın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təkbətək və geniş tərkibdə görüşü baş tutub. Həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov Ukrayna XİN başçısı ilə ölkələrarası iqtisadi əməkdaşlığı müzakirə edib.     

Töhfə Səməd

FOTOLAR

Azərbaycanın Ukrayna siyasəti: REGİONAL SABİTLİYƏ TÖHFƏ — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər