Azərbaycanın müstəqil olması üçün bir əsrdə yarım milyon övladı qurban olub

Azərbaycanın müstəqil olması üçün bir əsrdə yarım milyon övladı qurban olub
28.05.2026 10:05

Azərbaycan xalqı 1918-ci ildə müstəqilliyini bəyan etdiyi gündən bu günə qədər öz suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda ağır sınaqlardan keçib. Son bir əsr ərzində ölkə həm hərbi toqquşmalar, həm soyqırımları, həm də siyasi repressiyalar nəticəsində on minlərlə şəhid verib, yüz minlərlə insan faciələrin qurbanına çevrilib.

Tarixi məlumatlara görə, Azərbaycan xalqı müstəqil yaşamaq hüququnu qorumaq üçün ümumilikdə 100 mindən çox övladını itirib.

1918-ci ilin Mart hadisələri Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri hesab olunur. Bakı, Şamaxı, Quba və digər bölgələrdə erməni-bolşevik silahlı dəstələrinin həyata keçirdiyi qırğınlar nəticəsində 50 mindən çox dinc azərbaycanlı qətlə yetirilib. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin ordusu və Qafqaz İslam Ordusu Bakının və digər ərazilərin azad olunması uğrunda ağır döyüşlər aparıb, minlərlə əsgər şəhid olub.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra başlayan sovet işğalı və xüsusilə Gəncə üsyanının yatırılması zamanı da minlərlə insan öldürülüb, repressiyalara məruz qalıb. Tarixi mənbələrdə həmin dövrdə 20 mindən çox insanın həyatını itirdiyi qeyd olunur.

Müstəqillik uğrunda mübarizənin növbəti faciəli mərhələsi 1990-cı ilin 20 Yanvar hadisələri oldu. Sovet ordusunun Bakıya daxil olaraq həyata keçirdiyi qanlı əməliyyat nəticəsində müstəqillik tərəfdarı olan 150-yə yaxın insan şəhid oldu, yüzlərlə vətəndaş yaralandı.

1988-ci ildən başlayan Birinci Qarabağ müharibəsi isə Azərbaycanın müasir tarixində ən ağır itkilərlə yadda qaldı. Rəsmi məlumatlara əsasən, ölkənin ərazi bütövlüyünün müdafiəsi zamanı 11 min 557 hərbçi şəhid olub. Xocalı soyqırımı başda olmaqla, erməni silahlı birləşmələrinin hücumları nəticəsində 20 minə yaxın dinc sakin həyatını itirib, 4 mindən çox insan itkin düşüb.

2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnsə də, bu zəfər böyük qurbanlar hesabına əldə olunub. Müharibə zamanı 2 min 907 hərbi qulluqçu və mülki şəxs şəhid olub. Sonrakı illərdə sərhəd döyüşləri və lokal toqquşmalarda da Azərbaycan Ordusu itkilər verib.

2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri zamanı isə 205 hərbçi şəhid olub. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində həm hərbçilər, həm də mülki şəxslər arasında itkilər davam edir.

Tarix boyu yaşanan bu faciələr Azərbaycan xalqının müstəqillik və dövlətçilik uğrunda necə böyük bədəllər ödədiyini deyir. Bu qurbanlar əlbəttə ki, ölkənin azadlığı və suverenliyinin qorunması uğrunda aparılan mübarizənin ən ağır, lakin unudulmayan səhifələri kimi yadda qalır.

Yeri gəlmişkən, tarixin amansız rəqəmlərinə sovet dövründə aparılan repressiyalar və ikinci dünya müharibəsində həlak olan 350 min nəfər də daxil edilsə, söhbət yuvarlaq yarım milyon azərbaycanlının şəhadətindən gedir.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Все новости