Azərbaycanda dəlilərin sayı artıb

Azərbaycanda dəlilərin sayı artıb
11.06.2026 19:21

2025-ci ildə Azərbaycanda 6 mindən çox insana ilk dəfə psixi və davranış pozuntusu diaqnozu qoyulub. Statistik göstəricilər cəmiyyətdə psixi sağlamlıqla bağlı problemlərin artıb-artmaması sualını gündəmə gətirir.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Nabat Mirzəyeva bildirib ki, diaqnozların sayındakı artımın iki əsas səbəbi var.


Onun sözlərinə görə, ilk səbəb müasir həyatın insanlarda yaratdığı psixoloji yükdür. İnformasiya axınının sürətlənməsi, sosial şəbəkələrdə davamlı müqayisələr, yüksək performans gözləntiləri və gələcəklə bağlı qeyri-müəyyənliklər insanların emosional vəziyyətinə ciddi təsir göstərir.

“Bu gün insanlar əvvəlki nəsillərlə müqayisədə daha çox informasiya qəbul edir, daha çox müqayisəyə məruz qalır və daha yüksək gözləntilərlə üzləşirlər. Nəticədə emosional və zehni yorğunluq artır. İnsanlar bəzən fiziki iş görməsələr də, özlərini yorğun hiss edirlər. Bunun səbəbi zehni yüklənmədir”, – deyə psixoloq vurğulayıb.

Ekspert hesab edir ki, sosial media da bu prosesdə mühüm rol oynayır. İnsanlar təkcə öz həyatlarını deyil, eyni zamanda yüzlərlə insanın nümayiş etdirdiyi “ideal həyat” görüntülərini izləyirlər. Bu isə öz növbəsində yetərsizlik hissi, özgüvən problemləri, stress və daxili gərginlik yarada bilir.


Psixoloqun fikrincə, diaqnoz sayının artmasının ikinci mühüm səbəbi insanların artıq psixi sağlamlıqlarına daha çox diqqət yetirməsidir.

“Əvvəllər panik atak, depressiya, anksiyete və ya emosional tükənmə kimi hallar çox vaxt xarakter xüsusiyyəti və ya müvəqqəti yorğunluq kimi qiymətləndirilirdi. İnsanlar bu problemlərlə bağlı mütəxəssisə müraciət etmirdilər. İndi isə psixi sağlamlıq barədə məlumatlılıq artıb və insanlar yaşadıqları vəziyyətin səbəbini öyrənmək üçün daha çox kömək axtarırlar”, – deyə o qeyd edib.

Nabat Mirzəyeva əlavə edib ki, statistik artım hər zaman psixi pozuntuların kəskin çoxalması anlamına gəlmir. Onun sözlərinə görə, bu göstəricinin bir hissəsi əvvəllər mövcud olsa da, diaqnostika olunmayan halların artıq aşkarlanması ilə bağlıdır.

Ekspert vurğulayıb ki, hər stress, yorğunluq və ya kefsizlik psixi pozuntu hesab edilmir. Bununla belə, müasir insan öz emosional vəziyyətini daha yaxından izləyir, yaşadığı hisslərin səbəbini anlamağa çalışır və lazım gəldikdə mütəxəssis dəstəyinə müraciət edir.

Mütəxəssisin qənaətinə görə, bugünkü insanın ən böyük yorğunluğu fiziki deyil, zehni və emosional yorğunluqdur.

Xanım Musayeva

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Все новости