Azərbaycan polisinin Zəfər qələbəmizdəki misilsiz rolu - Çingiz Qənizadə yazır...

Azərbaycan polisinin Zəfər qələbəmizdəki misilsiz rolu - Çingiz Qənizadə yazır...
07.11.2025 12:00

Artıq 5-ci ildir ki, xalqımız, eləcə də dünya azərbaycanlıları tarixi qələbəmizin sevinci ilə yaşayırlar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun Ermənistan işğalcıları üzərindəki şanlı Zəfəri Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirmişdir. Bu gün artıq dünya ictimaiyyəti Azərbaycanı qalib, suveren, müstəqil dövlət kimi qəbul edir və bizimlə hesablaşır. Bu tarixi qələbənin qazanılmasında minlərlə mərd oğullarımız şəhid olmuş, sağlamlıqlarını qurban vermişlər. Azərbaycanda uşaqdan böyüyə - hər kəs şanlı qələbənin qazanılmasında əlindən gələni əsirgəməmişdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə Azərbaycan ordusu ilə bərabər digər dövlət və hüquq mühafizə orqanlarının xüsusi təyinatlılarının da müstəsna xidmətləri olmuşdur. Bu orqanların sırasında Azərbaycan polisinin xüsusi təyinatlalarının və Daxili Qoşunların hərbi əməkdaşlarının qəhramanlıqları xalqımızın yaddaşında əbədi yaşayacaq. Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını həm Birinci, həm də İkinci Qarabağ müharibəsində nümayiş etdirmişlər.

"Bu gün Azərbaycanın uğurlu inkişafında polis orqanlarının çоx böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm", deyən Prezident İlham Əliyev bu fikirləri ilə polisə olan inam və güvənini dilə gətirmişdir. Müstəqil dövlətimiz qurulduğu andan Azərbaycan polisi dövlətini və dövlətçiliyini şərəflə qorumuşdur və bu gündə qoruyur. Bu yolda Azərbaycan polisi coxlu sayda şəhidlər vermiş, sıralarından böyük şücaətlər göstərmiş qəhrəmanlar da çıxmışdır.

Birinci Qarabağ müharibəsində də polislərimizin daim ön cəbhədə olduqlarını, torpaqlarımızın müdafiəsində qəhrəmancasına vuruşduqlarını yada salmamaq olmaz. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988- ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən milli ordu və könüllülərlə bərabər, həm də nizami qüvvə kimi milis, sonraki illərdə Daxili Qoşun hissələri olmuşdur. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmışdır. 1710 nəfər isə bu döyüşlərdə yaralanmışdır. Göstərdikləri qəhramanlığa görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər əməkdaş isə dövlət tərəfindən orden və medallara layiq görülmüşdür. Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurla davam etmişdir. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsində polisin rolu təqdirə layiqdir.

Hər bir Azərbaycan vətəndaşı anlayır ki, hazırkı təhlükəsizlik mühitində polisin bu günki fəaliyyəti dövlətimizin və vətəndaşlarımızın təhlükəsiliyinin qorunmasına xidmət edir. Bu gün ölkəmizdə ictimai asayişin keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi istənilən təxribatın qarşısının operativ şəkildə alınmasında yüksək peşəkarlığa malikdir. İkinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və Daxili Qoşunların hərbi qulluqcuları düşmənə qarşı qəhrəmancasına döyüşmüşlər. 44 gün ərzində qazanılmış şanlı Zəfərdə polis orqanları və əməkdaşlarının müstəsna xidmətləri danılmazdır. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların hərbi qulluqcuları və polisin xüsusi təyinatlı qüvvələri düşmənə sarsıdıcı zərbələr vuraraq, Azərbaycanın müasir tarixinə qəhrəmanlıq salnaməsi yazmışlar.

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən və xüsusi təyinatlılarından 66 nəfər şəhid olmuş, 346 nəfər hərbi qulluqçu isə yaralanmışdır. 2023- cü ildə Qarabağda keçirilən lokal xarakterli Antiterror əməliyyatında da polis əməkdaşları yenə də nizami orduyla bərabər çiyin-çiyinə olmuşlar. Bu əməliyyat zamanı şəhid olanlar sırasında polis əməkdaşları da vardır. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların hərbi qulluqcularından və polisin xüsusi təyinatlılarından 1690 nəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər əməkdaş Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Qarabağ uğrunda vuruşan polislərimiz indi də işğaldan azad olunmuş torpaqlarda asayişin keşiyində dururlar. Azərbaycan polisinin İkinci Qarabağ müharibəsində göstərdiyi qəhramanlıqlar dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilmişdir.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun "Zəfər" Ordeni ilə təltif edilməsi Ali Baş Komandanımızın polis əməkdaşlarının müharibədə göstərdikləri qəhrəmanlıqlarına verilən yüksək qiymətin göstəricisi idi. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimad və inamın daha bir göstəricisidir. Xalqımız tarixi Zəfərimizi və onun 5-ci ildönümünün sevinclə və təmtaraqla qarşılanması xoşbəxtliyini bizə, eləcə də dünya azərbaycanlılarına bəxş edən Prezident, Ali Baş Komandan İlham Əliyevə, yenilməz Azərbaycan Ordusuna, döyüşlərdə iştirak etmiş digər dövlət qurumlarının, Azərbaycan polis orqanlarının qəhraman əməkdaşlarına dərin hörmət və ehtiramını bildirir. Ölkəmizin bütün ərazisində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda asayişin qorunması kimi mühüm məsuliyyətli işin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları onlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu gündə gecə-gündüz uğurla xidmət aparırlar.

Sonda fikirlərimi Ulu Öndər Heydər Əliyevin kəlamları ilə bitirmək istərdim. O demişdir: "Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz orqandır."

Zəfərimiz mübarək olsun!

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru,

"Şöhrət" ordenli Çingiz Qənizadə...

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Все новости