Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? - ŞƏRH

Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? - ŞƏRH
23.09.2025 14:59 Təhlil

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin inkişafı, müxtəlif razılaşmaların əldə olunması baxımından böyük əhəmiyyət kəsb edir". 

Siyasi şərhçi Sultan Zahidov bu sözləri TodayPress TV-yə danışarkən deyib. 

Ekspert vurğulayıb ki, BMT Baş Assambleyası dövlətlərin öz məsələlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması üçün ən mötəbər platformadır.

"Artıq səfər çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Ruminiya, Efiopiya və Surinamın xarici işlər nazirləri ilə görüşlər keçirib. Surinamla diplomatik və xidməti pasportlar üçün viza rejiminin ləğvi ilə bağlı razılaşma imzalanıb. Eyni zamanda, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Kaya Kallasla mühüm görüşlər baş tutub".

Analitik həmçinin bildirib ki, səfər çərçivəsində vacib iqtisadi əlaqələr qurulacaq:

"Prezident İlham Əliyev həmçinin bir sıra iri şirkətlərin rəhbərləri ilə görüşərək ölkəyə investisiya axını və regionun quruculuq işləri ilə bağlı razılaşmalar əldə etməyə çalışıb. BMT tribunasından Azərbaycan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun bərpası, Ermənistanla sülh prosesi və Zəngəzur koridorunun geosiyasi əhəmiyyəti kimi mövzuların vurğulanacağı da gözlənilir".

Sultan Zahidov qeyd edib ki, Azərbaycan uzun illərdir balanslı xarici siyasət yürüdür, heç bir blokun üzvü deyil və bütün istiqamətlərdə qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq aparır. ABŞ ilə  avqustun 8-də imzalanan razılaşma strateji tərəfdaşlığı möhkəmləndirir. Eyni zamanda qlobal güclərlə aparılan danışıqlar Azərbaycanın balanslı siyasətini göstərir.

Onun sözlərinə görə,  Azərbaycan həm iqtisadi əlaqələrin gücləndirilməsi, həm də bloklara qoşulmamaq siyasəti ilə ölkənin sabitliyini, inkişafını və təhlükəsizliyini təmin edir.

Qeyd edək ki, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının

Nyu-York şəhərinə səfər ediblər. 

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Azərbaycan BMT tribunasından hansı mesajları verəcək? - ŞƏRH — 1
XƏBƏR LENTİ
17 IYUN 2026
Ebola virusu Avropa və Asiyaya yayıla bilər - Yaxın bir ayda risk altında olan ölkələr 22:17 İlon Mask yeni tarix yazdı: "SpaceX" "Amazon"u geridə qoydu 22:14 Dünyanın ən zəngin 500 adamının sərvəti bir gündə rekord həddə artdı 22:13 Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Bütün Xəbərlər