Aydın Mirzəzadə: "Heydər Əliyev Azərbaycanın dövlətçilik yaddaşıdır"

Aydın Mirzəzadə: "Heydər Əliyev Azərbaycanın dövlətçilik yaddaşıdır"
11.12.2025 17:04

"Heydər Əliyev fəaliyyəti ilə adını təkcə Azərbaycan tarixinə deyil, dünya tarixinə yazmış bir şəxsiyyətdir".  

Bunu TodayPress TV-yə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.


Deputat qeyd edib ki, Heydər Əliyev Azərbaycanın haqqını və müstəqilliyini qoruyan qətiyyətli lider idi: 

"O, Azərbaycan cəmiyyətinin yetişdirdiyi nadir liderlərdəndir. Heydər Əliyev ölkəni idarə etdiyi bütün dövrlərdə Azərbaycanın tapdanmış hüquqlarının bərpasına, xalqın öz haqqını müdafiə etmək imkanlarının genişlənməsinə, dövlət müstəqilliyinin möhkəmlənməsinə böyük qətiyyət və iradə ilə xidmət edib".

Parlamentari vurğulayıb ki, Heydər Əliyevin dövründə Azərbaycan hərtərəfli inkişaf edən respublikaya çevrilib:


"Onun rəhbərliyi ilə sovet dövrünün durğun vəziyyətində olan Azərbaycan SSR inkişaf edən, iqtisadi və mədəni baxımdan irəli çıxan respublikaya çevrildi. Kənd təsərrüfatına əsaslanan iqtisadiyyat sənaye yönümlü inkişaf xəttinə keçdi. Onun 13 illik fəaliyyəti dövründə altı yeni universitet açıldı, səkkiz yüzə yaxın orta məktəb tikildi. Azərbaycan mədəniyyəti və incəsənəti dünya səviyyəsində tanınmağa başladı. Bu illərdə tikinti sahəsində də misilsiz irəliləyiş əldə olundu və tikilən mənzillərin sayı əvvəlki dövrlə müqayisədə iki dəfə çox oldu".

A.Mirzəzadə Ümummilli Liderin ziyalılara olan qayğısından söz açıb:

"Heydər Əliyev ziyalılara xüsusi qayğı göstərir, milli mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına geniş şərait yaradırdı. Onun siyasi iradəsi nəticəsində azad fikir üçün imkanlar genişləndi".

Deputat, həmçinin əlavə edib ki, Heydər Əliyev müstəqil Azərbaycanın sağlam dövlət quruculuq əsaslarını formalaşdırıb: 


"Müstəqillik illərində Heydər Əliyev Azərbaycanı bir ictimai-siyasi sistemdən digərinə ən az ağrılı keçidlə çıxarmağı bacardı, dövlət quruculuğunun əsaslarını yaratdı, təbii sərvətlərdən səmərəli istifadə modelini formalaşdırdı və yeni dövlətçilik məktəbi yaratdı. Onun ən mühüm xidmətlərindən biri də gələcək inkişaf yolunun müəyyən edilməsi və bu yolu davam etdirəcək komandanın formalaşdırılması idi".

O, diqqətə çatdırıb ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin ardıcıl davamıdır. Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Heydər Əliyevin qoyduğu möhkəm əsaslar dayanır.

"Azərbaycan xalqı böyük oğlu Heydər Əliyevi hər zaman böyük hörmət və ehtiramla anacaq. Onun adı ölkəmiz üçün həm keçmişin qorunması, həm də gələcəyin qurulması deməkdir. Heydər Əliyevin xatirəsi xalqımızın yaddaşında daim əziz olaraq qalacaq",- parlamentari deyib.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 В клинике Vital Hospital, в подвале которой был обнаружен мертвый плод, проведена проверка 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Плохая новость дня для России из Армении: железные дороги... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Все новости