Avstraliya və Yaponiya da İMTİNA ETDİ: Hörmüzdə vəziyyət necə dəyişəcək?

Avstraliya və Yaponiya da İMTİNA ETDİ: Hörmüzdə vəziyyət necə dəyişəcək?
17.03.2026 14:04

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın İran tərəfindən blokadaya alınan strateji Hörmüz boğazını açmaq üçün bölgəyə hərbi gəmilər göndərmək çağırışını rədd edib. 


Rəsmi London regiondakı gərginliyi idarəolunmaz həddə çatdırmamaq üçün donanmanı birbaşa hərbi əməliyyatlara cəlb etməkdən çəkinir. Starmer administrasiyası hazırda gəmilər əvəzinə, yalnız minaları aşkar edən pilotsuz uçuş aparatlarının (PUA) göndərilməsi variantını nəzərdən keçirir. 


Maraqlıdır ki, Avstraliya və Yaponiya da analoji addım ataraq bölgəyə hərbi gəmi göndərməkdən imtina edib. 

Bəs, müttəfiqləri geri çəkilməyə vadar edən əsas səbəb nədir? 

Sözügedən məsələni politoloq Çingiz Şahbazi TodayPress TV-yə şərh edib.


“Hesab edirəm ki, Böyük Britaniya, Avstraliya və Yaponiyanın Fars körfəzinə hərbi gəmilər göndərməkdən imtina etmələrinin əsas səbəbi ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə yürütdükləri siyasətlə bağlıdır.   


Ümumiyyətlə, İranla başladılan müharibənin bu ölkələrin milli təhlükəsizliyi baxımından nə dərəcədə həyati əhəmiyyət daşıması da burada əsas səbəblərdəndir.   

Əlbəttə ki, bu bucaqdan baxdıqda onların Vaşinqtonun dəstək çağırışlarına rədd cavabı vermələri tam olaraq təbiidir və hesab edirəm ki, bu istiqamətdə onlar tam haqlıdırlar. Digər tərəfdən, Vaşinqtonun ritorikası NATO ölkələrinin avtomatik olaraq hərbi müdaxiləyə keçməsi anlamına gəlməməlidir”.  

Analitik bildirib ki, NATO mexanizmi bu vəziyyətdə avtomatik işə düşmür:


“Çünki NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, bütün üzv ölkələr kollektiv müdafiə mexanizmi ilə qorunurlar və bu ölkələrdən hər hansı birinin ərazisinə kənardan müdaxilə və yaxud da hücum olunarsa, o zaman NATO qüvvələri müdaxilə etmək məcburiyyətindədirlər. Nəzərə alsaq ki, Hörmüz boğazı NATO ərazisi deyil, belə bir vəziyyətdə ABŞ-nin Hörmüz boğazında İran blokadasına qarşı baş verənlərlə bağlı öz müttəfiqlərinə dəstək çağırışı etməsi yalnız siyasi baxımdan beynəlxalq hüquq normalarına uyğun ola bilər. Əks halda isə görünən odur ki, ABŞ donanması Fars körfəzində çətin duruma düşüb və burada İranın üstünlüyü açıq şəkildə ifadə olunur”.   

Ç.Şahbazi bölgədə hərbi balansın ABŞ üçün riskli olduğunu bildirib:

“Hörmüz boğazı İran üçün strateji əhəmiyyət daşıyır və Tehran bundan öz mövqeyini isbat etmək üçün məharətlə istifadə edir. Həmçinin İranın sürətli hücum qayıqları, dəniz minaları, sahil raket sistemləri və pilotsuz uçuş aparatları ABŞ donanması üçün çətin və riskli vəziyyət yaradır. 


Baxmayaraq ki, ABŞ donanması dünyanın ən güclü donanmalarından biridir, burada ABŞ-nin müharibənin genişmiqyaslı və uzunmüddətli olmasından ciddi narahatlıq keçirdiyini görürük. İranın əlindəki imkanlar heç şübhəsiz ki, klassik hərbi donanmalar üçün çox təhlükəlidir. Trampın dəstək istəməsinin səbəbi aydındır və müharibə uzandıqca Tramp Administrasiyasının durumu da daha mürəkkəbləşir”.

Analitik qeyd edib ki, münaqişə qlobal təsirlərə səbəb ola bilər:

“İran müharibəsi, xüsusilə də Hörmüz boğazında baş verənlər dünyanı əvvəlcə iqtisadi, daha sonra isə siyasi baxımdan kritik həddə çatdıra bilər. Böyük Britaniya və Yaponiyanın hər hansı bir gəmisinin Hörmüzdə zərər görməsi bu ölkələrdə ciddi siyasi şok yaradar və hökumətlər üzərində təzyiqləri artırar. Ona görə də bu dövlətlər bütün risklərdən kənar durmağa çalışırlar”. 


Ç.Şahbazi ölkələrin daha çox ehtiyatlı və praqmatik xətt seçdiklərini vurğulayıb:

“Xüsusilə də Kir Starmer hökuməti yenicə formalaşdığı üçün müharibə riskinə girmək istəmir. Yaponiya və Avstraliyanın çağırışa qarşı çıxmalarının arxasında isə həm siyasi, həm də iqtisadi amillər dayanır. Bu iki ölkə üçün Çin faktoru xüsusi əhəmiyyət kəsb edir. Ola bilsin ki, gələcəkdə hansısa kompromis strategiya həyata keçirilsin və ABŞ-yə “səni meydanda tək qoymuruq” mesajı verilsin. Lakin bu, birbaşa döyüşə qoşulmaq anlamına gəlmir.  

Mina aşkarlayan dronların istifadəsi eskalasiyanı artırmır və bu istiqamətdə texniki dəstək istisna deyil. Böyük Britaniya İraq müharibəsində ABŞ-yə kifayət qədər dəstək vermişdi və sonradan bunun nəticələrinə görə daha ehtiyatlı davranmağa üstünlük verdi. Əlbəttə ki, burada Trampın yürütdüyü siyasətin də təsiri öz sözünü deyir və Starmer hökuməti bunu nəzərə almağa məcburdur.


Bütün bunları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Böyük Britaniyanın yeni formalaşmış hökuməti ABŞ ilə münasibətlərin zədələnməsinə səbəb ola biləcək addımlardan yayınmağa çalışsa da, eyni zamanda daha praqmatik və ehtiyatlı siyasət mərhələsinə keçməyə üstünlük verir”.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Все новости