Missiya funksiyalarını yerinə yetirməyəcək, amma... - Aİ nə planlayır?

Missiya funksiyalarını yerinə yetirməyəcək, amma... - Aİ nə planlayır?
28.01.2026 15:00

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter misiyanın fəaliyyəti ilə bağlı açıqlama verib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra missiya artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcək, çünki buna ehtiyac olmayacaq.

“Buna baxmayaraq, sərhədyanı yaşayış məntəqələrini ziyarət etməyə davam edəcəyik”.

Göründüyü kimi, Markus Ritter bir tərəfdən missiyanın artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcəyini, digər tərəfdən isə sərhədyanı yaşayış məntəqələrini ziyarət edəcəklərini bəyan edir.

Bəs bu ziddiyyətli açıqlama nəyə hesablanıb?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Avropa İttifaqının Ermənistan ərazisində fəaliyyət göstərən müşahidə missiyası əslində klassik müşahidə mexanizmi deyil, daha çox hərbi-kəşfiyyat xarakteri daşıyır:


“Bu missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında atəşkəsə nəzarət etmək yox, regionla bağlı kəşfiyyat məlumatlarının toplanmasıdır. Avropa ölkələri bu missiya vasitəsilə Cənubi Qafqazda mövcudluq əldə etməyə çalışır”.

Politoloqun sözlərinə görə, mövcud proseslər Ermənistanın yaxın perspektivdə ABŞ-nin təsir dairəsinə tam şəkildə daxil olacağını göstərir:

“Əgər Ermənistanda növbəti parlament seçkilərində Nikol Paşinyan hakimiyyəti qalib gələrsə, ilin sonlarına qədər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması real görünür. Bunun üçün Paşinyan hakimiyyəti ilk növbədə Ermənistan Konstitusiyasını dəyişməli olacaq. Seçkiöncəsi mərhələdə bu addımdan yayınsalar da, seçkilərdən sonra bu dəyişikliklərin edilməsi mümkündür”.


Elçin Xalidbəyli vurğulayıb ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar ləğv edildikdən sonra sülh sazişinin imzalanması üçün hüquqi maneələr aradan qalxacaq:

“Bu mərhələdən sonra Aİ-nin müşahidə missiyasının Ermənistanda qalması üçün heç bir hüquqi, siyasi və ya hərbi əsas qalmayacaq. Rəsmi Bakı bu məsələdə prinsipial mövqe sərgiləyir və missiyanın Ermənistan ərazisindən çıxarılmasını tələb edir”.


Analitikin fikrincə, Avropa İttifaqı missiyanın gələcək taleyi ilə bağlı bəyanatlar versə də, bu, reallıqda mümkün olmayacaq:

“Missiya rəhbərliyi sərhəd bölgələrinə səfərlərin davam edəcəyini desə belə, bu baş verməyəcək. Çünki Azərbaycan tərəfi bu missiyanın fəaliyyətini qəbul etmir və onun bölgədən çıxarılmasında israrlıdır”.

Ekspert qeyd edib ki, Avropa İttifaqı müxtəlif bəhanələrlə bu missiyanın Ermənistanda qalmasına çalışır:

“Çünki Aİ məhz bu missiya vasitəsilə Cənubi Qafqazda mövcudluq əldə edib. Missiya ləğv edilərsə, Avropa İttifaqının regionda yerləşmək imkanları faktiki olaraq aradan qalxacaq. Buna görə də indidən süni səbəblər formalaşdırmağa çalışırlar”.


Politoloqun sözlərinə görə, bu cəhdlərin də uzunmüddətli perspektivdə nəticə verməsi çətindir:

“Artıq Ermənistan və ABŞ arasında “Tramp marşrutu”nun çəkilməsi ilə bağlı hüquqi sənədlər hazırlanıb və imzalanmaq üzrədir. Bu marşrutun icrasına başlandıqdan sonra ABŞ faktiki olaraq Ermənistanda yerləşmiş olacaq və Aİ-nin müşahidə missiyasına ehtiyac qalmayacaq”.

Elçin Xalidbəyli hesab edir ki, bu proses Avropa İttifaqını regiondan kənarlaşdıracaq:

“Həm sülh sazişinin imzalanması, həm də ABŞ-nin Ermənistana yerləşməsi Avropa İttifaqını Cənubi Qafqazda faktiki olaraq oyundan kənar vəziyyətə salacaq. ABŞ həm “Tramp marşrutu”na, həm də ümumilikdə Ermənistana nəzarəti öz üzərinə götürəcək. Bu şəraitdə Rusiya kimi Avropa Birliyi də gec-tez Ermənistanı tərk etməli olacaq”.

Sonda politoloq vurğulayıb ki, mövcud geosiyasi vəziyyət Avropa İttifaqının planlarını ciddi şəkildə məhdudlaşdırır:

“Avropa İttifaqı müxtəlif bəhanələrlə Ermənistanda qalmağa çalışsa da, regional və qlobal geosiyasi proseslər bu imkanların getdikcə azalmasına gətirib çıxarır”.

Qiymət Mahir


XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər