Ankara mövqeyini sərtləşdirir: PKK-nın zərərsizləşdirilməsinin tək yolu budur...

Ankara mövqeyini sərtləşdirir: PKK-nın zərərsizləşdirilməsinin tək yolu budur...
04.11.2025 18:21

Türkiyə bildirir ki, terror təşkilatı PKK/YPG-nin əsas hissəsi olan Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya hökumətinə inteqrasiyası ilə bağlı mart ayında əldə olunan razılaşma hələ də icra olunmayıb. Razılaşmaya görə, SDQ döyüşçüləri ilin sonuna qədər Suriya ordusuna qoşulmalı, şimal-şərqdəki hava limanları və enerji obyektləri Dəməşqin nəzarətinə verilməli idi.

Lakin ABŞ, Böyük Britaniyadakı müəyyən dairələr, İsrail, İran və bəzi kürd qrupları bu prosesə mane olur. Ankara ilkin addım kimi SDQ-nin Deyr əz-Zordan çıxmasını və enerji yataqlarının hökumətə təhvilini mümkün hesab edir.

Maraqlıdır, SDQ-nin Suriya ordusuna inteqrasiyasının qarşısını alan qüvvələrin məqsədləri nədir və bu proses baş tutarsa, bölgədə hansı əsas dəyişikliklər yarana bilər?  

Sözügedən mövzu ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ankaraya görə, SDQ-nin Suriya ordusuna qatılması PKK-nın zərərsizləşdirilməsinə aparan prosesin bir hissəsidir:

"Suriyanın Demokratik Qüvvələri adlandırılan terrorçu təşkilatın Suriya hökumətinə, daha doğrusu, Suriya ordusuna inteqrasiyası PKK-nın tamamilə zərərsizləşdirilməsi prosesinin tərkib hissəsi kimi görünür. Çünki bu təşkilat PKK-nın adının dəyişdirilmiş forması olan silahlı terror qruplaşmasıdır. Rəsmi Ankara da Türkiyə sərhədləri boyunca yerləşmiş bu terrorçu təşkilatın sıradan çıxarılmasında maraqlıdır".

Politoloq vurğulayıb ki, SDQ-nin zərərsizləşdirilməsi Suriyanın enerji resurslarını hökumətə qaytararaq bərpanı sürətləndirə bilər:

"Digər tərəfdən, bu terrorçu təşkilatın sıradan çıxarılması Suriya dövlətinin yenidən bərpası və inkişaf prosesində xüsusi rol oynayır. Çünki həmin təşkilatın nəzarətində olan ərazilərdə Suriyanın təbii sərvətləri, xüsusən də enerji resursları yerləşir. Suriya hökuməti bərpa prosesində bu enerji resurslarından istifadə etməyə ciddi ehtiyac duyur".

Onun sözlərinə görə, SDQ-nin tərksilahı və orduda inteqrasiyası Suriya–Türkiyə əməkdaşlığını gücləndirərək Yaxın Şərqin siyasi düzəninə təsir edə bilər:

"Bu baxımdan, Suriyanın Demokratik Qüvvələri adlandırılan silahlı terror təşkilatının tərksilah olunması və onun müəyyən hissəsinin Suriya ordusuna inteqrasiya edilməsi yalnız Suriya üçün deyil, bütövlükdə Yaxın Şərqin gələcək taleyi baxımından böyük əhəmiyyət kəsb edir. Bu halda vahid Suriya dövləti ilə Türkiyə arasında formalaşacaq mühüm münasibətlər Yaxın Şərqin yenidən dizaynı prosesinə birbaşa təsir göstərə bilər".

Ekspertin qənaətincə, xüsusilə də Türkiyənin milli təhlükəsizlik məsələsi olan PKK terror təhdidindən tamamilə xilas olması Türkiyəni yeni qlobal hədəflərə yönəldə biləcək prosesdir. Və təbii ki, Türkiyənin güclənməsini və terror təhlükəsindən azad olmasını istəməyən beynəlxalq qüvvələr mövcuddur. Eyni zamanda Yaxın Şərqin yenidən dizaynı prosesində Türkiyənin avanqard dövlət rolunu oynamasına da kəskin müqavimət var.

E.Xalidbəyli son olaraq əlavə edib ki, bəzi ölkələr PKK-nı dəstəkləsə də, rəsmi Ankara onun tamamilə aradan qaldırılmasını yaxın gələcək üçün prinsipial hədəf hesab edir:

"Bu səbəbdən, Yaxın Şərqdə maraqları olan bəzi beynəlxalq siyasi mərkəzlər PKK-nı və ona daxil olan silahlı terror qruplaşmalarını hələ də dəstəkləyir və onların tam zərərsizləşdirilməsinə əngəl törətməyə çalışırlar. Hazırda əsas qarşıdurma məhz bu məsələ ətrafında gedir. Rəsmi Ankaranın mövqeyi prinsipialdır və böyük ehtimalla Türkiyənin regional liderliyinin təsiri ilə PKK terror təşkilatının tamamilə sıradan çıxarılması və bu təhlükənin zərərsizləşdirilməsi yaxın vaxtlarda istənilən halda reallaşdırılacaq".

Jalə Rövşən

ФОТО

Ankara mövqeyini sərtləşdirir: PKK-nın zərərsizləşdirilməsinin tək yolu budur... — 1
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Все новости