Vardanyan həbsdən öncə GÖRÜN NƏ PLANLAYIRMIŞ - SENSASİON MƏLUMAT

Vardanyan həbsdən öncə GÖRÜN NƏ PLANLAYIRMIŞ - SENSASİON MƏLUMAT
18.02.2026 15:42

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanda həbsdə olan, Qarabağdakı keçmiş separatçı rejimin liderləri haqqında açıqlama verib.


O deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə qayıdana qədər öz işini davam etdirəcək.  

Ermənistan hökuməti guya erməni məhbusların azad olunması işində dayanmadan çalışır. 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov məhkəmə qərarı elan olunduqdan sonra həbs olunanların taleyinin Ermənistan cəmiyyətinin də diqqət mərkəzində olduğunu bildirib:


“Onların acı taleyi bizdə heç bir təəccüb hissi doğurmur. Hətta onlara çox yumşaq cəzalar verilib. Bu, bəllidir. Onların törətdikləri cinayətlər çox ağır cinayətlərdir və hamısı ömürlük cəzaya layiq idilər. Hər halda Ruben Vardanyan buna tam layiq idi. Ermənistanda vətəndaşlar, ictimai birliklər, siyasi partiyalar tələb edirlər ki, rəsmi İrəvan guya bu məsələ ilə bağlı Azərbaycan qarşısında vəsatət qaldırsın, məsələni beynəlxalq səviyyədə ictimailəşdirsin ki, Azərbaycan hakimiyyətinə təsirlər artsın. Bu o demək deyil ki, onlar istəklərinə nail olacaqlar. Azərbaycan cəmiyyətinin də, ictimai qüvvələrinin də, siyasi kəsiminin də bu məsələlərə münasibəti prinsipialdır.

Bütün məsələləri araşdıranda görürük ki, 1980-ci illərin sonlarından son dövrə qədər erməni millətçiləri, radikalları, separatçıları, terrorçuları silsilə soyqırımı aktları törədiblər. Minlərlə azərbaycanlı məhv edilib. Onların qanı yerdə qalmadı. Digər tərəfdən, bu proseslərdə Azərbaycan qanunun aliliyini təmin etdi. Heç bir çərçivədən, qəbul olunmuş qaydalardan kənara çıxmamışıq. Hüquqi baza nəyi aktuallaşdırırsa, nəyi tələb edirsə, həmin çərçivədə prosesləri həll etmişik”.

Politoloq qeyd edib ki, beynəlxalq strukturlara müraciət edən ermənilər artıq cavablarını alıblar:

“Şübhəli bilinən şəxslər vəkillərlə təmin olundu. Onlara qarşı şahidlər ifadələr verdilər və törətdikləri cinayətlər hamısı sübuta yetirildi. Söhbət təkcə Azərbaycan xalqına edilən zorakılıqdan, cinayətlərdən, barbarlıqdan getmir. Onlar bəşəriyyətə qarşı cinayətlər törədiblər və buna göz yummaq olmaz.

Nikol Paşinyan, Alen Simonyan, həm də digərləri bunu çox gözəl başa düşürlər ki, bu şəxslər 30 ildən artıq bizə elə problemlər yaratmışdılar ki, ağrısını, acısını indiyə qədər yaşayırıq. Milyona yaxın məcburi köçkünü və onların ağırlaşan sosial-humanitar problemlərini bəs kimin ayağına yazmaq lazımdır?”.

T.Abbasov Ruben Vadanyanın planlarından bəhs edib:


“Bəllidir ki, Ruben Vardanyan açıq-aşkar Ermənistan hakimiyyətinə iddia bildirirdi. Çalışırdı ki, Azərbaycana gəlsin, özünü yalançı “dövlət naziri” kimi qələmə versin, Qarabağda yaşayan erməniləri mütəşəkkil formada hərbi qiyama qaldırsın, atışmalar, toqquşmalar olsun və sair. Bu alınmadı, yəni “tramplin sistemi” işləmədi. O çalışırdı ki, Qarabağda özünü qəhrəman kimi göstərsin və sonra da açıq şəkildə “atın üstündə” gəlsin, Ermənistana varid olsun və orada özünü potensial prezident kimi, ya da baş nazir kimi təsdiqləsin. Alınmadı. Ona görə alınmadı ki, o, Azərbaycan ərazilərində ağır cinayətlər törətdi. İnsanlığa, bəşəriyyətə qarşı hərbi cinayətlər, təbii sərvətlərimizin mənimsənilməsi, digər tərəfdən isə kontrabanda yolu ilə qaçaqmalçılıqla ölkədən çıxarılması və s. Məhz buna görə o, Azərbaycan qanunlarını ciddi şəkildə pozduğuna görə məsuliyyətə cəlb edildi və cəzasını aldı. Təbii ki, Nikol Paşinyan da, Alen Simonyan da, ola bilsin ki, elə Armen Qriqoryan da bu barədə danışarkən vəziyyətin görünməyən tərəfini yaxşı anlayırlar. Eyni zamanda çalışırlar ki, cəlbedici fikirlər səsləndirsinlər, guya bu məsələlər onların diqqət mərkəzindədir və onlar durmadan çalışırlar ki, həmin şəxslərin taleyini yüngülləşdirsinlər”.

Analitik sonda əlavə edib ki, bu məsələ Ermənistanın iqtidarında olan məsələ deyil, Azərbaycanın daxilində həllini tapmalıdır və tapır:

“Biz göstərmişik ki, xalqımıza və dövlətimizə qarşı cinayət törədənlər mütləq öz layiqli cəzalarını almalıdırlar və buna nail olmuşuq”.

Qeyd edək ki fevralın 5-də Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.  Qarabağdakı keçmiş separatçı rejimin "prezidenti" olmuş Arayik Harutyunyan, habelə Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrum edilib.


"Prezident" vəzifəsi daşımış digər şəxslər - Arkadi Qukasyan və Bako Sahakyana 20 il həbs cəzası verilib.  Madat Babayana və Melikset Paşayana 19, Qarik Maritosyana 18, Davit Allahverdiyana 16, Vasili Beqloryan, Qurgen Stperayan və Erik Qazaryana isə 15 il müddətinə həbs cəzası verilib. 

Ruben Vardanyanın barəsində isə cinayət işi üzrə məhkəmə prosesi fevralın 17-də davam etdirilib. Hökmə əsasən, o, qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Bütün Xəbərlər