Afinadan Ankaraya SƏRT MESAJ: Türkiyə risklərə hazırlaşır!

Afinadan Ankaraya SƏRT MESAJ: Türkiyə risklərə hazırlaşır!
01.12.2025 14:05

Yunanıstanın müdafiə naziri Nikos Dendias Türkiyəni əsas təhlükə adlandıraraq Egey dənizində müdafiə doktrinasını dəyişdiklərini açıqlayıb. O bildirib ki, bahalı freqatlar və gəmilər artıq effektiv deyil və Yunanıstan yüzlərlə ada üzərində mobil raket sistemləri yerləşdirəcək. “Axilles Qalxanı” layihəsi ilə Egey dənizinin həm dəniz, həm də hava məkanı zenit-raket sistemləri ilə “bağlanacaq”.  


Sual yaranır, Yunanıstanın Türkiyəni “əsas təhlükə” kimi təqdim edib adaları raketlərlə silahlandırması Ankara ətrafında yeni hərbi çənbər yarada bilərmi? 

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, Türkiyə və Yunanıstanın münasibətləri tarixi, dini və siyasi ziddiyyətlərin formalaşdırdığı köklü rəqabətə əsaslanır:


"Türkiyə ilə Yunanıstan demək olar ki, ekzistensial rəqiblər və düşmən dövlətlərdir – eynilə Azərbaycanın Ermənistanla münasibətlərində olduğu kimi. Onların münasibətlərində həmişə enişli-yoxuşlu proseslər gedib. Tarixə nəzər salsaq, hələ 19-cu əsrdən bəri yunanlarla türklər arasında davamlı düşmənçilik yaşanıb. Müsəlman–xristian qarşıdurması elementləri, eləcə də Antanta dövlətlərinin – xüsusən Böyük Britaniya və Fransanın – bu iki xalq arasında nifaq yaratmaq cəhdləri buna əlavə faktor olub".

Ekspert xatırladıb ki, Atatürkün liderliyi və xalqın dirənişi Ankaraya qədər uzanan yunan təhdidini dayanıdırıb dövlətçiliyi xilas edib:


"Onlar çox ağır dövrlər yaşayıblar, aralarında saysız-hesabsız müharibələr olub. Yunanıstanın suverenlik əldə etməsi də məhz müharibə şəraitində baş verib. Bir müddət çox qanlı toqquşmalar davam edib. Hətta yunan qoşunları 1923-cü ilə qədər Ankara şəhərinə qədər irəliləmişdilər. Atatürkün liderlik qabiliyyəti və milləti birləşdirən rolu olmasaydı, türklərin vəziyyəti çox ağır ola bilərdi və geniş ərazilərin Yunanıstan tərəfindən ələ keçirilməsi real təhlükə idi. Lakin türk xalqının mübarizə əzmi, əyilməzliyi və qəhrəmanlığı bu ssenarini mümkünsüz etdi. Nəticədə həm ərazi bütövlüyü qorundu, həm də milli dövlətçilik möhkəmləndi".

Onun sözlərinə görə, hər iki ölkə NATO üzvü olsa da, Ankara və Afina arasında gərginlik köklü səbəblərə görə hələ də qalır. Buna baxmayaraq, münasibətlərdə gərginlik illərdir davam edir. 


Analitik hesab edir ki, bu gün Yunanıstanın Türkiyəyə qarşı siyasi və hərbi baxımdan gücləndirilməsi açıq şəkildə Qərbin dəstəyi ilə aparılır. Qərb dövlətləri Türkiyəni özlərinə tam yaxın saymır, baxmayaraq ki, NATO-nun aparıcı üzvlərindən biridir. Eyni zamanda Yunanıstan onlara daha uyğun tərəfdaş kimi görünür. Ekspertin fikrincə, məhz bu səbəbdən ən müasir silah sistemləri, hava hücumundan müdafiə kompleksləri, raket sistemləri və yeni nəsil döyüş təyyarələrinin Yunanıstanın istifadəsinə verilməsi məsələsi gündəmdədir.

Tofiq Abbasov onu da vurğulayıb ki, Qarabağ müharibəsinin yaratdığı yeni hərbi reallıq Yunanıstanı da Ankara–Bakı ittifaqını yenidən qiymətləndirməyə məcbur edib:

"Bu gün isə vəziyyət fərqlidir. 44 günlük Qarabağ müharibəsi bir daha göstərdi ki, müasir savaş qaydaları köklü şəkildə dəyişib. Azərbaycan bu müharibədə yeni hərbi taktika və texnologiyaların effektiv tətbiqi baxımından nümunə göstərdi və bütün dünyaya dərs oldu. Bu səbəbdən ABŞ və Avropanın aparıcı hərbi akademiyalarında Qarabağ müharibəsi ətraflı təhlil edilir. Yunanıstan da bu dərsləri diqqətlə izləyib, çünki Ankara–Bakı ittifaqının gücü regionda ciddi faktor kimi qəbul olunur".

Analitik sonda əlavə edib ki, son illərin təcrübəsi göstərir ki, Ankara regionda yaranan hər bir riski vaxtında qiymətləndirir və qarşısını almaq üçün ciddi hazırlıq aparır.  

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
"Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Все новости