ABŞ-Türkiyə münasibətlərində yeni dinamika: Sanksiyalar tarixə qovuşur!

ABŞ-Türkiyə münasibətlərində yeni dinamika: Sanksiyalar tarixə qovuşur!
01.10.2025 18:15 Təhlil

Türkiyə geniş diplomatik fəaliyyət nəticəsində ABŞ-nin CAATSA (Qarşıdurma Əleyhinə Sanksiyalar Aktı) sanksiyalarının ləğvini təmin edib. Bu barədə Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Nyu-Yorkda mətbuat konfransında məlumat verib. Fidan əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampı 2026-cı ildə Ankarada keçiriləcək NATO sammitinə dəvət edib.

Siyasi şərhçi Kənan Novruzov ABŞ-Türkiyə arasında mövcud gəlişməni TodayPress TV-yə şərh edərkən bildirib ki, Donald Tramp biznesmendir. Buna görə də, bütün siyasi proseslərə biznesmen təfəkkürü ilə yanaşır.  

“ABŞ–Türkiyə münasibətləri özünəməxsus xarakter daşıyır. Xüsusilə Tramp ikinci dəfə hakimiyyətə gələndən sonra tərəflər arasındakı xüsusi xarakter daha aydın şəkildə özünü göstərməyə başlayıb. Tramp biznesmen təfəkküründədir. Buna görə də bütün siyasi proseslərə biznesmen təfəkkürü ilə yanaşır. Onun siyasətə baxışı belədir: “Mənə istədiyimi ver, sənə istədiyini verim”. O, məhz bu yanaşmanı əsas tutur və təzyiqdən, diqtədən daha çox yumşaq gücə üstünlük verir”. 

Onun sözlərinə görə, demokratların dövründə ABŞ-Türkiyə münasibətləri sərt və təzyiq yönümlü idisə, Trampın dövründə daha yumşaq və kompromisçi yanaşma üstünlük qazanıb.

“Bundan fərqli olaraq, demokratların, xüsusilə də keçmiş prezident Cozef Baydenin siyasəti fərqli idi. O, təzyiq və diqtəyə üstünlük verirdi. Buna görə də Baydenin dövründə ABŞ-Türkiyə münasibətləri daha sərt xarakter daşıyırdı. Tramp dövründə isə tamam başqa mühit formalaşdı".

Analitik düşünür ki, sanksiyaların ləğvi müsbət olsa da, Türkiyənin ABŞ qarşısında müəyyən öhdəlikləri olduğu ehtimal olunur. 

“Təbii ki, sanksiyaların ləğvi müsbət addımdır. Ancaq bu, eyni zamanda onu göstərir ki, Türkiyə də ABŞ üçün müəyyən öhdəliklər götürüb, yaxud götürmək üzrədir. Bu, Rusiya-Ukrayna müharibəsi ilə, yaxud Yaxın Şərqdəki proseslərlə bağlı ola bilər”.

Ekspert vurğulayıb ki, artıq Türkiyə dünyada qlobal siyasi aktora çevrilib. Həm Yaxın Şərqdə, həm də Şərqi Avropada söz sahibidir. ABŞ ilə Türkiyənin mövqeləri çox vaxt üst-üstə düşsə də, bəzi hallarda Vaşinqtonun Türkiyənin roluna ehtiyacı yaranır və ya ABŞ Türkiyənin bəzi addımlarından narazı qalır. Belə vəziyyətlərdə ABŞ Türkiyədən müəyyən siyasətini və ya addımlarını korrektə etməyi tələb, yaxud xahiş edə bilər. Qarşılığında isə sanksiyaların ləğvi kimi addımlar atıla bilər. Çox güman ki, bu məsələdə də tərəflər arasında razılaşma əldə olunub. 

Analitik hesab edir ki, Trampın Ankaraya dəvət olunması isə tərəflər arasında müsbət dinamikanın, qarşılıqlı anlaşmanın və bir-birinin mövqelərinə hörmətin göstəricisidir. 

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

ABŞ-Türkiyə münasibətlərində yeni dinamika: Sanksiyalar tarixə qovuşur! — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Bütün Xəbərlər