ABŞ-nin diqqəti Çində: "Geosiyasi düzən dəyişikliyi qaçılmaz olacaq..."

ABŞ-nin diqqəti Çində: "Geosiyasi düzən dəyişikliyi qaçılmaz olacaq..."
13.11.2025 16:48

Qlobal təhlükəsizlik gündəmində məsuliyyət bölgüsü ilə bağlı müzakirələr fonunda ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, əgər Vaşinqton Hind-Sakit Okeanında və Çinin qarşısının alınmasında əsas yükü öz üzərinə götürərsə, Avropa öz qitəsində təşəbbüs göstərməyə və Rusiya da daxil olmaqla digər güclər üzərində nəzarəti təmin etməyə hazır olmalıdır. 

Onun sözlərinə görə, bu, sağlam düşüncədir, çünki eyni anda hər yerdə olmaq mümkün deyil.

Maraqlıdır, ABŞ-nin Çin və Hind-Sakit okeanına fokuslanması fonunda Avropanın Rusiyaya qarşı əsas təhlükəsizlik yükünü üzərinə götürməsi hansı yeni geosiyasi balansı formalaşdırır? Bu bölgü real olaraq işləyə bilərmi?


Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov bildirib ki, ABŞ Hind-Sakit Okeanı regionunu Çinlə geosiyasi rəqabətin əsas damarı kimi qiymətləndirir və Vaşinqtonun bu istiqamətdə artan diqqəti regional təhlükəsizlik mühitində yeni riskləri gündəmə gətirir.

Analitik qeyd edib ki, ABŞ-Çin strateji qarşıdurması yeni mərhələyə qədəm qoyub və tərəflər rəqabətlə yanaşı, mümkün sövdələşmə alternativlərini də nəzərdən keçirirlər:

“Hazırda Hind-Sakit Okeanı regionunda iki gücün ciddi razılaşma əldə edəcəyi ehtimalı çox zəifdir. Lakin ABŞ Prezidenti Donald Trampın administrasiyasının Tayvan məsələsində nümayiş etdirdiyi qeyri-adi sükut bir sıra suallar yaradır. Əgər Çinin Tayvana müdaxiləsi an məsələsinə çevrilərsə və bu proses ABŞ ilə razılaşdırılmış ssenari üzərindən baş verərsə, müxtəlif regionlarda geosiyasi dizayn dəyişikliyi qaçılmaz olacaq”.


Aqşin Kərimov bildirib ki, ABŞ-nin Çinlə bağlı mümkün razılaşma niyyəti Pekinin Yaxın Şərq və Ukrayna münaqişəsindəki rolunun azaldılması müqabilində ona müəyyən “yaşıl işıq” yandırmaq cəhdləri ilə bağlı görünür:

“Bu, geostrateji baxımdan risklidir. Digər tərəfdən, Çin ABŞ-nin ən zəif geosiyasi məqamında Tayvana müdaxilə qərarını vermək istəyir. Amma ABŞ Çinin düşündüyünün əksinə olaraq öz strategiyasını daha da möhkəmləndirib. Bunun əlamətləri Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində artan vasitəçilik səylərində və Yaxın Şərq ilə Mərkəzi Asiyada genişlənən təsir dairəsində açıq görünür”.

Ekspert əlavə edib ki, ABŞ ilə Çin arasında qlobal rolların necə bölüşdürüləcəyi məsələsi ən çox Rusiyanı narahat edir. Ukraynadakı müharibənin uzanması Moskvanı geosiyasi təhlükəsizlik zonasından çıxara və ciddi sürüşməyə səbəb ola bilər:

“Bu vəziyyət həm ABŞ, həm də Çin üçün yaranan boşluqları doldurmaq baxımından yeni fürsətlər yaradır. Rusiya isə bu təhlükənin reallaşmaması üçün hər iki güclə münasibətlərinə yenidən baxmaq zərurətini hiss edir”.


A.Kərimovun sözlərinə görə, proseslərin fonunda Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsi daha həssas məcraya yönəlir:

“ABŞ ilə Çin arasında nüfuz bölgüsü istiqamətində mümkün razılaşma və ya rəqabətin eyni templə davam etməsi Rusiyanın Avropa üzərində təzyiq imkanlarını artıran amilə çevrilə bilər. Çünki hər iki güc sövdələşsə belə, Asiyada rəqabət yüksələn xətt üzrə davam edəcək. Bu isə Rusiyanın Avropada təsir gücünü artırmaq üçün yeni şanslar axtarmasına səbəb olacaq. Amma Moskva hazırda Ukraynada geosiyasi yorğunluq yaşayır və ABŞ-Çin strateji orbitində mövqe tutmaq imkanlarını itirməkdədir. Rusiyanın Ukraynadan hansı şərtlərlə çıxacağı qlobal hökmranlıq bölgüsünün sərhədlərinə ciddi təsir edəcək”.

Ekspert sonda bildirib ki, hazırkı mərhələdə ABŞ və Çin strateji qələbəni əldə etmiş rəqiblər kimi prosesin bölgüsünü müəyyənləşdirmək üçün qarşılıqlı anlaşma imkanlarını araşdırırlar.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости