ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək...

ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək...
16.06.2026 11:53

ABŞ və İran arasında əldə olunmuş memorandum (MOU) çərçivəsində Tehranın iqtisadi bərpasına yönəlmiş iri həcmli maliyyə mexanizmi ortaya atılıb.

İranın yenidən qurulması üçün nəzərdə tutulan 300 milyard dollarlıq fondun yaradılması ehtimalı var. Lakin bu vəsait birbaşa ABŞ büdcəsindən yox, əsasən Körfəz ölkələri və özəl investorların yatırımlarından formalaşacaq.

ABŞ rəsmiləri və vitse-prezident JD Vens vurğulayırlar ki, fondun fəaliyyəti İranın konkret öhdəlikləri yerinə yetirməsindən asılı olacaq. Başqa sözlə, vəsaitlər yalnız Tehranın nüvə proqramını məhdudlaşdırması, zənginləşdirilmiş uran ehtiyatlarını azaltması, beynəlxalq nəzarət mexanizmlərini qəbul etməsi, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməsi və regional silahlı qruplara, o cümlədən "Hizbullah" və Husilərə dəstəyini dayandırması halında mərhələli şəkildə açılacaq.

Vens "CBS" telekanalına müsahibəsində bildirdi ki, İran “normal dövlət” kimi davranacağı təqdirdə, bu təşəbbüs Körfəz ölkələrinin investisiyaları hesabına reallaşa bilər.

Mexanizmin diqqətçəkən tərəfi odur ki, maliyyələşmə dövlət büdcələrindən deyil, özəl şirkətlər və investorlar vasitəsilə həyata keçiriləcək. Bu sanksiyaların yumşaldılması ilə yanaşı, İran iqtisadiyyatının beynəlxalq bazarlara inteqrasiyasını da hədəfləyir.

Razılaşmanın hər mərhələsi – 60 günlük uzadılma müddəti, Hörmüz boğazının açıq qalması və nüvə danışıqlarının davam etdirilməsi – fondun gələcəyi ilə birbaşa əlaqələndirilir.

Beləliklə, milyardlarla dollar dəyərində potensial investisiya İranın atacağı addımlardan asılı vəziyyətdədir.

ABŞ Prezidenti Donald Tramp isə bəzi məlumatları “fake news” adlandıraraq ABŞ-nin İrana birbaşa maliyyə yardımı göstərməyəcəyini bildirib. İran rəsmiləri isə bu prosesi diplomatik uğur kimi təqdim etməyə çalışırlar.

Davranış dəyişikliyinə nail olmaq üçün həm təzyiq, həm də böyük iqtisadi stimullar təklif olunur. Əgər təşəbbüs uğur qazansa, İran üçün ciddi iqtisadi bərpa imkanları yarada bilər. Bununla belə, Tehranın daxili siyasi mühitində sərt xətt tərəfdarlarının etirazına səbəb ola biləcək mühüm güzəştlər tələb olunur.

İran xarici investorlar üçün cəlbedici, sabit və proqnozlaşdırıla bilən biznes mühiti təqdim etməlidir. Əks halda, vəd olunan vəsaitlərin əhəmiyyətli hissəsi yalnız kağız üzərində qala bilər.

Hazırda razılaşma ilkin mərhələdədir və 60 günlük memorandum çərçivəsində müzakirələr davam edir. İsveçrədə rəsmi imzalanma mərasiminin keçiriləcəyi gözlənilir. Tehran ya daha açıq və əməkdaşlığa meyilli siyasət kursuna keçəcək, ya da mövcud izolyasiya şəraitini davam etdirəcək.

Jalə Rövşən 
ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Все новости