414 illik "Erməni quyusu": Erməni saxtakarlığının növbəti ünvanı...

414 illik "Erməni quyusu": Erməni saxtakarlığının növbəti ünvanı...
17.11.2025 12:55

Ukraynanın Ternopol vilayətinin kənd ərazisində 414 illik unikal abidə aşkar edilib. Ternopol vilayətinin Yazlovets kəndində tədqiqatçılar təsadüfən 1611-ci ilə aid olan hidravlik konstruksiyanı kəşf ediblər. Bu abidə Erməni mediasında “Erməni quyusu” kimi təqdim olunub. 

Ekspertlər hesab edirlər ki, bu, erməni siyasi dairələrinin müxtəlif ölkələrdə abidələr üzərindən “erməni izi” axtarma praktikasının yeni istiqamətidir. Məqsəd gələcək iddialar üçün saxta “tarixi baza” yaratmaq cəhdi kimi qiymətləndirilir. 

Maraqlıdır Ukraynada 414 illik “Erməni quyusu” ətrafında yaradılan bu informasiya manipulyasiyası Ermənistanın regiondan kənarda da yeni “tarixi dayaqlar” formalaşdırmaq strategiyasının davamıdırmı və bu cür iddialar gələcəkdə hansı siyasi riskləri yarada bilər?


Məsələ ilə bağlı TodayPress TV -yə danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, bu, ermənilərin ənənəvi siyasətidir:

 "Onlar uzun illərdir müxtəlif bölgələrdə özlərinə aid tarixi irs formalaşdırmağa çalışır və tarixi saxtalaşdırmaqla məşğul olurlar".

Ekspert qeyd edib ki, ermənilər harada yaşasalar, tarixi öz xeyirlərinə saxtalaşdırmağa çalışırlar:

"Tez-tez böyük iddialarla çıxış etsələr də, nəticədə bu iddiaların əsassızlığı üzə çıxır və özlərini biabırçı vəziyyətə salırlar. Bu faktlar göstərir ki, Ermənistanın yaratdığı problem təkcə Türk dünyasına qarşı yönəlməyib – erməni siyasi düşüncəsinin mahiyyəti, başqa sözlə, “erməni xisləti” bir çox ölkələr üçün ziyanlı davranış modelinə çevrilib. Onlar yaşadıqları və mövcud olduqları hər yerdə bu tip abidələr axtarır, tarixi öz mənfəətlərinə uyğun şəkildə dəyişməyə cəhd göstərirlər".

O vurğulayıb ki, Qarabağ azad edildikdən sonra illərlə bölgədə Azərbaycan tarixinin məqsədli şəkildə təhrif edildiyi və bu saxtalaşdırmanın izləri bu gün də açıq şəkildə görünür:

"Sovet dövründə Azərbaycana qarşı bu siyasətin necə aparıldığını yaxşı bilirik. Azərbaycanın xoş niyyətindən istifadə edərək, bizim tarixi abidələrin kütləvi şəkildə saxtalaşdırılmasına çalışdılar. Qarabağ işğaldan azad edildikdən sonra işğal dövründə həmin ərazilərdə aparılan genişmiqyaslı saxtalaşdırma kampaniyasının izlərini aydın şəkildə gördük. Prezident İlham Əliyev dəfələrlə bu faktları dilə gətirib və göstərib ki, ermənilər işğal illərində tarixi necə təhrif ediblər".

Z.Əmrəliyev sonda əlavə edib ki, bu faktları nəzərə alsaq, Ukraynada analoji saxtalaşdırma cəhdlərinin ortaya çıxması təəccüblü deyil. Hazırda Ukraynada müharibə davam edir, ölkədə vəziyyət qarışıqdır və erməni siyasi dairələri belə həssas situasiyadan istifadə edərək tarixi abidələri “erməniləşdirməyə” çalışırlar. Bu, həqiqətən də, ciddi və narahatlıq doğuran faktdır və bütöv bir millətin faciəsi kimi qiymətləndirilə bilər. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Rusiyanın mərkəzində PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Bu ölkələr vətəndaşlarını dərhal İrandan çıxmağa çağırdı - TƏCİLİ 20:33 İran Yaxın Şərqi təhdid etdi - VİDEO 20:28 Bu gün bəzi ölkələrdə normal həyatın son gecəsi olacaq - İrandan XƏBƏRDARLIQ 20:23 İspaniya Avropa İttifaqı ölkələrini “eqoistlik”də günahlandırdı 19:59 SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu 19:46 Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Все новости