ABŞ Ermənistan səfirini təcili geri çağırdı: Vaşinqton-İrəvan xəttində yeni dalğa

ABŞ Ermənistan səfirini təcili geri çağırdı: Vaşinqton-İrəvan xəttində yeni dalğa
22.12.2025 13:56

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ermənistan da daxil olmaqla təxminən 30 ölkədəki səfirləri və yüksək rütbəli diplomatları geri çağırmaq qərarı verib. Məlumata görə, bu diplomatların səlahiyyət müddəti 2026-cı ilin yanvarında başa çatacaq və onların hamısı əvvəlki administrasiya dövründə təyin olunub. Qərarın Trampın “Öncə Amerika” siyasi xəttinə uyğun kadr dəyişiklikləri ilə bağlı olduğu bildirilir. Dövlət Departamenti isə bunu administrasiyalar dəyişdikdə tətbiq edilən adi prosedur kimi qiymətləndirir.

Maraqlıdır,  bu qərar Ermənistanın ABŞ ilə  siyasi-diplomatik münasibətlərinə və regiondakı beynəlxalq mövqeyinə hansı təsirləri göstərə bilər?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Abutalıb Səmədov bildirib ki, Trampın andiçməsindən sonra 30-a yaxın səfir yeni strategiyaya uyğun təyin olunur:


"Trampın andiçmə mərasimindən sonra ABŞ administrasiyasında idarəetmə və nəzarət mexanizmləri yenidən quruldu. Sonrakı dövrdə bu proses davam etdirildi və hazırda 30-a yaxın yeni səfirin təyinatı ABŞ-nin yenilənmiş təhlükəsizlik strategiyasına uyğun şəkildə həyata keçirilir".

Ekspert qeyd edib ki, Cozef Baydenin səfiri Laçın aksiyalarında və Qarabağ mövzusunda fəal idi:

"C.Bayden administrasiyası dövründə, 2023-cü ilin fevralında Ermənistana təyin olunan səfir Vaşinqtonun İrəvana münasibətdə yürütdüyü siyasətə xidmət edirdi. Bu siyasətin əsasında isə münaqişə məntiqi dayanırdı. Laçın dəhlizi ilə bağlı aksiyalarda fəal iştirak, Qarabağda erməni separatizminin gündəmdə saxlanılması və Azərbaycan qanunları ilə ziddiyyət təşkil edən mövqelər ABŞ səfirinin fəaliyyətinin əsas istiqamətləri idi".

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan “dördüncü respublika” ilə münaqişədən imtina xəttini irəli sürür:

"Artıq Tramp administrasiyasının regiona baxışı dəyişib və yeni təhlükəsizlik strategiyası qəbul olunub. Paralel olaraq, Nikol Paşinyan da “dördüncü respublika” konsepsiyasını irəli sürüb. Bu yanaşma qonşularla münaqişə məntiqinə əsaslanan modeldən imtinanı, sülhə əsaslanan yeni dövlət quruluşunun formalaşdırılmasını nəzərdə tutur. Buraya yeni konstitusiyanın qəbulu, qonşulara ərazi iddialarından imtina və Qarabağ mövzusunda separatizmin tamamilə aradan qaldırılması daxildir. Paşinyan açıq şəkildə bildirib ki, ermənilərin Qarabağa qayıdışı məsələsi artıq gündəmdə olmayacaq".

Analitik qeyd edib ki, yeni təyin olunacaq səfirin də məhz bu sülh məntiqinə, “dördüncü respublika”nın hüquqi-siyasi çərçivəsinə xidmət edəcəyi gözlənilir. Zəngəzur dəhlizinin açılması istiqamətində proseslərin gələn ilin ortalarından sürətlənəcəyi, Azərbaycan və Türkiyə ilə münasibətlərdə yeni mərhələnin başlanacağı ehtimal olunur. Bu isə regionun yaxın perspektivdə sülh və inkişaf məkanına çevrilməsinə zəmin yarada bilər.

A.Səmədov, həmçinin bildirib ki, ABŞ Ermənistanla münasibətləri  yenidən qurmaq istəyir:

"Ermənistan–ABŞ münasibətləri də yeni əsaslar üzərində qurulacaq. Vaşinqton regionda sabitliyə və əməkdaşlığa mane olan siyasətləri dəstəkləməyəcək və Ermənistanı bu istiqamətdə təşviq etməyəcək. Bu yanaşma həm Ermənistanın, həm Azərbaycanın, həm Türkiyənin, həm də ABŞ-nin maraqlarına uyğun gəlir və ABŞ-nin regiondakı nüfuzunun konstruktiv şəkildə artmasına hesablanıb".

Analitik sonda əlavə edib ki, yeni səfirin fəaliyyəti ölkədaxili çəkisinin azalmasına deyil, ABŞ diplomatiyasının nüfuzunun artmasına xidmət etməlidir. Gözləntilər ondan ibarətdir ki, gələn ildən bu proses daha da intensivləşəcək və Tramp administrasiyasının atdığı addımlar həm Ermənistan hökuməti, həm də ABŞ rəhbərliyi ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.  

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər