21 noyabr QORXUSU: Rusiyadan Trampa müraciətlər niyə artır?

21 noyabr QORXUSU: Rusiyadan Trampa müraciətlər niyə artır?
17.11.2025 15:30

Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan sonra Prezident Vladimir Putinin köməkçisi və mətbuat katibi Dmitri Peskov da ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ukrayna münaqişəsinin həlli ilə bağlı Kreml–Vaşinqton təmaslarının bərpasını xahiş edib:

“Biz ümid edirik ki, Prezident Tramp Ukrayna probleminin siyasi və diplomatik yolla həllinə yardım göstərməyə hələ də hazırdır”.

Peskov, həmçinin ABŞ və Rusiyanı nəzərdə tutaraq tərəflər üçün “çox parlaq üfüqlərin açıldığını”, indiki vəziyyətin isə “vaxt itirilməsinə, pul və mənfəət itkisinə” səbəb olduğunu bildirib.


Diqqətçəkən məqam ondadır ki, ABŞ-nin “Rosneft” və “Lukoyl” kimi əsas neft şirkətlərinə qarşı sanksiyaların qüvvəyə minəcəyi 21 noyabr yaxınlaşdıqca Kreml tərəfindən belə çağırışların sayı artmaqdadır. Əvvəlcə Lavrov, sonra isə Peskov...


Mövcud gəlişmələri TodayPress TV-yə şərh edən Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bildirib ki, Rusiyanın enerji sektoruna yönələn yeni sanksiyalar Moskvanın dayanıqlığını ciddi şəkildə sarsıdacaq əsas həlqəni hədəfə alır:

“Rusiya rəsmiləri vəziyyətin nə qədər kritik olduğunu anlayırlar. Moskva sanksiyalar qarşısında dirəniş nümayiş etdirməyə çalışsa da, ölkənin iqtisadi can damarı olan “Rosneft” və “Lukoyl” kimi nəhəng neft şirkətlərinə tətbiq edilən məhdudiyyətlər Rusiyanı real olaraq çökdürə biləcək təsir gücünə malikdir”.


Politoloqun sözlərinə görə, enerji gəlirlərinin azalması ilk mərhələdə əhalinin gündəlik rifahına kəskin təsir göstərməyə bilər:

“Bu xərclər müəyyən müddət daxilində ehtiyatlar hesabına kompensasiya oluna bilər. Lakin müdafiə büdcəsi, ordunun saxlanılması, təhlükəsizlik və kəşfiyyat strukturlarının maliyyələşməsi, eləcə də nəhəng ərazinin sərhəd təhlükəsizliyinin təmin edilməsi yalnız daxili resurslarla qarşılanacaq məsələ deyil. Bu istiqamətlər üçün davamlı və yüksək gəlir məhz neft-qaz sektorundan daxil olan vəsaitlə təmin olunur”.


Azər Qasımov diqqətə çatdırıb ki, məhz buna görə Rusiya rəhbərliyi dərhal hərəkətə keçib:

“Prezident, Lavrov, Peskov və digər rəsmilərin sürətlə prosesə qoşulması təsadüfi deyil. Müharibədə dönüş nöqtəsi yaxınlaşır. Sanksiyaların real nəticə verməsi üçün kritik mərhələ yetişib və Moskva bu işğalçı müharibəni davam etdirmək imkanlarını sürətlə itirir”.

Ekspertin fikrincə, prosesin mövcud dinamiki Rusiyanı seçim qarşısında qoyur. Əgər enerji sektorundan gələn maliyyə axınları dayanarsa, Rusiya müharibəni maliyyələşdirmək gücünü itirəcək. Bu, Moskvanı ya geri çəkilməyə, ya da daha ciddi daxili böhranla üzləşməyə məcbur edəcək. 

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Все новости