2026-cı ildə yeni dünya düzəni formalaşacaq - ŞƏRH

2026-cı ildə yeni dünya düzəni formalaşacaq -  ŞƏRH
15.01.2026 13:24

“2026-cı il yeni dünya düzəninin formalaşmasında başlanğıc mərhələ ola bilər. Görünən odur ki, Ağ Ev hazırda genişmiqyaslı qlobal əməliyyata start verib və bu prosesin prioritet məqsədi yeni dünya düzənini məhz ABŞ-nin maraqları çərçivəsində formalaşdırmaqdır”.

Politoloq Elçin Xalidbəyli bunu TodayPress TV-yə şərh edərkən bildirib.


Onun sözlərinə görə, hazırda yeni dünya düzəninin formalaşmasında həlledici hadisələr məhz Amerika Birləşmiş Ştatları ətrafında cərəyan edir. Çünki ABŞ qlobal nizamı öz strateji maraqlarına uyğun şəkildə yenidən qurmaq missiyasını üzərinə götürüb. Burada isə əsas amil Tramp administrasiyasının konkret və prioritet hədəflər müəyyən etməsidir.

“Birinci strateji hədəf Avropa İttifaqının (Aİ) ABŞ-nin əsas iqtisadi-ticari rəqibləri siyahısından kənarlaşdırılmasıdır. Burada əsas məqsəd Aİ-nin öz maliyyə-iqtisadi resursları vasitəsilə Vaşinqtonun iqtisadi yüksəlişinə müsbət töhfə verməsini təmin etməkdir. Ağ Ev Avropa ölkələrinin ticarət əlaqələrini daha çox ABŞ şirkətləri və onun istehsalı olan məhsullar üzərində qurmasını, beləliklə, Avropanın kapital və maliyyə axınının ABŞ-yə yönəlməsini hədəfləyir”, - deyə analitik vurğulayıb.

Xalidbəylinin fikrincə, ikinci mühüm məqam Vaşinqtonun Qrenlandiya, Kanada və Latın Amerikası üzərində birbaşa nəzarəti təmin etmək cəhdləri ilə bağlıdır.  O bildirib ki, ABŞ Latın Amerikası ölkələrinə təsir mexanizmlərini gücləndirərkən, Qrenlandiyanı öz dövlət sərhədlərinə daxil etməyə, Kanadanı isə faktiki olaraq ölkənin ştatlarından birinə çevirməyə çalışır. Bu addımlar Vaşinqtonun qlobal məkanda həyata keçirdiyi genişmiqyaslı geostrateji planların tərkib hissəsidir.

"Nəhayət, ABŞ-nin dünya hegemonluğunu qorumaq və “mərkəzi jandarm” rolunu yaratmaq üçün atdığı növbəti addımlar NATO-nun birbaşa Vaşinqtondan asılı vəziyyətə gətirilməsinə yönəlib. Ağ Evin yanaşmasına görə, NATO mövcud formatda fəaliyyətini davam etdirə bilməz. Alyans ya tamamilə sıradan çıxmalı, ya da bütövlükdə Pentaqonun tabeliyində olan bir struktura çevrilməlidir”, - deyə siyasi şərhçi izah edib.

O bildirib ki, hazırda ABŞ Avropa ölkələri üzərindəki “təhlükəsizlik çətirini” geri çəkməklə müttəfiqlərini bu yeni reallığa uyğunlaşmağa məcbur edir.

Politoloq son olaraq vurğulayıb ki, Birləşmiş Ştatların ən əsas strateji hədəfi Çini qlobal meydanda ABŞ ilə üz-üzə qalan yeganə gücə çevirməkdir:

“Vaşinqton dünyanın maliyyə, iqtisadi və hərbi resurslarını öz nəzarəti altına almaqla Pekini zəiflətməyə çalışır. Bu kontekstdə Ukrayna müharibəsindən istifadə olunur. Belə ki, Rusiyaya müəyyən güzəştlər təklif etməklə onu Çindən uzaqlaşdırmaq hədəflənir”.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab açıldı - VİDEO 20:04 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ферстаппен положил конец слухам вокруг “Red Bull” 17:30 Эмоциональное прощание Рэшфорда: «Я наслаждался каждым мгновением» 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 СРОЧНАЯ НОВОСТЬ: Инцидент в районе порта Имама Хомейни 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Все новости