Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır”

Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır”
29.07.2026 15:37

Azərbaycan ictimaiyyətində son günlər Qarabağla bağlı yeni müzakirələr başlayıb. Xaricdə ölkəmizə qarşı fəaliyyəti ilə tanınan Emin Hüseynovun ermənilərlə birgə layihədə iştirakı ətrafında yaranan narazılıqlardan qısa müddət sonra Rusiyadan Qarabağla bağlı xoşagəlməz açıqlama gəldi. Belə ki, Rusiya XİN rəsmisi Mariya Zaxarovanın “təəssüf ki, Ermənistan Qarabağı tanımadı” deməsi birmənalı qarşılanmayıb. Azərbaycan XİN sözügedən açıqlamaya sərt cavab verib.

İki hadisənin hər hansı bağlantısı varmı? Emin Hüseynovun iştirak etdiyi layihə ilə Moskvanın son açıqlaması arasında paralellər mövcuddur?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, xəyanət, satqınlıq və milli maraqlara qarşı yönəlmiş gizli planlar sadəcə siyasi hadisə deyil, psixoloji davranış və sosial reallıqdır:

“Xəyanət özünü nə qədər qızıl sözlərlə bəzəsə də, nəticədə mahiyyəti dəyişmir: dövlətin zəifləməsi, milli iradənin sındırılması və siyasi müstəqilliyin xarici güclərin ayaqları altına atılması prosesidir. Xəyanətin fəlsəfəsi çoxqatlıdır. Xain mənəviyyatını itirir, siyasi mövqeyini itirir, sonda xalqını satır. Xəyanətkar hər zaman özünü xalqın müdafiəçisi kimi təqdim edir. Ən təhlükəli cəhət isə odur ki, xəyanətkar heç vaxt özünü düşmən kimi təqdim etmir.

Dövlətin güc strukturlarına qarşı təxribatlar, cəmiyyətdə inamsızlıq toxumu səpmək, xarici güclərlə paralel siyasi xətt qurmaq, konstitusion quruluşun dəyişməsi üçün gizli planlar hazırlamaq xəyanətkarın fəaliyyət sahəsidir. Azərbaycanın son illərdə qazandığı tarixi qələbələr, Qarabağın azad edilməsi və dövlətin beynəlxalq aləmdə möhkəmlənməsi bu çevrələr üçün gözlənilməz zərbə oldu. Çünki bu qələbələr onların illərlə qurduğu xəyal dünyasını dağıtdı. Azərbaycan ordusunun gücü artdıqca, dövlətin beynəlxalq ittifaqlardakı çəkisi yüksəldikcə, ölkə regional liderə çevrildikcə radikal qrupların siyasi kapitalı azaldı. Onlar yalnız zəif dövlət, parçalanmış cəmiyyət və davamlı xaos şəraitində mövcud ola bilirlər. Buna görə də 44 günlük Vətən müharibəsi onların siyasi varlığı üçün strateji məğlubiyyət oldu”.


Bakir Həsənbəyli

Politoloq qeyd edib ki, Azərbaycanın inkişaf trayektoriyası, beynəlxalq hüquqa istinad etməsi və ədalətin bərqərarı üçün səy göstərməsi dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də narahat edir:

“Müxtəlif vasitələrlə ölkəmizdəki sabitliyə xələl gətirməyə çalışan bəzi mərkəzlərin, xüsusilə də erməni lobbisinin əsas istinad nöqtələri antimilli xainlər, Vətənə, dövlətə xəyanət üçün hər fürsətdən yararlanmağa çalışırlar. Belələrindən də biri Emin Hüseynovdur. Erməni lobbisinin pulu və dəstəyi ilə yaradılan təşkilatın rəhbəri olmuş Emin Hüseynovun kimliyi Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. O, şəxsi mənafeyi uğruna hər zaman Azərbaycanın milli maraqlarını tapdamağa hazır olduğunu göstərib. Emin erməni Ovsep Xurşudyanla birgə yeni layihəyə başlayıb. Layihənin ilk qonağı isə Azərbaycan ərazilərinin işğalını həmişə inkar edən David Stepanyan olub. Şou zamanı hər üç şəxs – Emin Hüseynov, Ovsep Xurşudyan və David Stepanyan Azərbaycanı tənqid edir, Ermənistanın siyasi sistemini, seçkiləri isə tərifləyirlər.

Bu layihədə Emin Hüseynov yenə də öz “ənənəsinə” sadiq qalaraq ermənilərdən betər erməni rolunda çıxış edib. O, həmsöhbətlərinə qarşı nəinki çıxmayıb, onların ritorikasına uyğun mövqe sərgiləyib, işğal zamanı Azərbaycan ərazilərində ermənilərin dağıtdığı məscidlərdən, mədəni-tarixi abidələrdən bəhs etməyib. Göründüyü kimi, bu layihənin məqsəd bəllidir.

Bakir Həsənbəyli qeyd edib ki, Emin Hüseynov və onun erməni şərikləri Azərbaycan əleyhinə informasiya kampaniyasında daha bir vasitə rolunu oynayacaq:

“Ən acınacaqlısı isə odur ki, Emin Hüseynov da bu layihənin bir parçası kimi Azərbaycan əleyhinə hazırlanmış növbəti kampaniyanın əsas fiquru kimi çıxış edir. Bəli, birbaşa ermənilərin, erməni lobbisinin maraqlarını qorumaq üçün hər cür şərəfsizliyə rəvac verir. Emin Hüseynov kimilərin xəyanətkar kodları ortadadır. Bəs Rusiya bu prosesin hansı qütbündədir? Mən deyərdim ki, erməni “5-ci kolon”unun bütün fəaliyyət istiqaməti Rusiya xüsusi xidmət orqanı ilə bağlıdır. Maliyyə və tezis təminatı məhz xüsusi xidmətin “öhdəliklərindəndir”. O, baxımdan xainlərin ilk efirlərindən sonra Rusiya XİN rəsmisinin keçmişi “xatırlatması” təbiidir. Bu “xatırlatma” mesaj kimi oxunmalıdır”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
29 июля 2026
Magistraturaya qəbul nəticələri açıqlandı 18:03 Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərə hökm oxundu 17:45 Sabah bu rayonda qaz olmayacaq 17:29 “Real”ın yeni istedadı üçün İngiltərədən möhtəşəm təklif gəldi 17:32 Трамп заявил, что на ракетные удары Ирана будет дан жесткий ответ 17:16 Roddik Sinnerin gələcək planını açıqladı 17:07 Rusiyada 16 il öncə yaşlı qadını qətlə yetirən şəxsə hökm oxundu 17:01 США нанесли удар по иранской провинции Западный Азербайджан 16:44 Pekin ABŞ və İsrailə qarşı İranı silahlandırır - İDDİA 16:28 Ильхам Алиев принял президента Всемирной федерации борьбы 16:17 DÇ hüquqları uğrunda milyardlıq plan: İnfantinodan diqqətçəkən addım 16:14 Японцы тоже вымирают: продолжительность жизни растет, дети не рождаются 16:11 Yunanıstan vətəndaşları maaşının yarısını İsrailə verəcək 16:08 “Zirə” geridönüşə inanır: “Əlimizdən gələni edəcəyik” 16:07 İngilis gəncləri son 50 ilin ən kasıb dövrünü yaşayır – Əksəriyyəti valideynindən ayrılmır 16:00 Şahzadəni öldürüb dünya müharibəsi çıxartdılar - 20 milyon insan öldü 15:48 “Böyük Dəbilqə”nin yeni ulduzu? Stabbs seçim etdi 15:42 Zaxarova və Hüseynovdan Azərbaycana qarşı təxribat – “Bu, ciddi mesajdır” 15:37 Bir an hər şeyi dəyişdi: Rassellin uğursuz startının səbəbi açıqlandı 15:31 Zelenski Trampdan 300 "Patriot" istəyib əvəzində elə bir şey təklif etdi ki... 15:28 FIFA-dan “Qaziantep” üçün gözlənilən qərar gəldi 15:24 МАССОВОЕ ОТРАВЛЕНИЕ донером в Загатале — ОБНОВЛЕНО 15:21 Ağdamda başlayan yanğın bu kəndlərə də yayıldı - VİDEO 15:05 "Koroğlu" operasını Üzeyir yazdı deyə Maqomayev işini yarıda saxladı 14:46 Azərbaycan “Netflix”də tanıdılacaq 14:55 Все новости