Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi?

Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi?
03.07.2026 19:19

İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

TodayPress TV xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən Davit İşxanyanın yazılı qeydləri məhkəməyə təqdim olunub. Qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərcümə edilib, onların surətləri məhkəməyə və proses iştirakçılarına təqdim olunaraq iş materiallarına əlavə edilib.

Ardınca çıxış edən dövlət ittihamını müdafiə edən prokurorlar bildirib ki, Cinayət Prosessual Məcəlləsinin 51.7-ci maddəsinə əsasən, məhkəmə iclası protokoluna verilmiş yazılı qeydlər məhkəmə tərəfindən araşdırılmalı, əsaslı hesab edildiyi halda təsdiqlənməli, əks halda isə onların rədd edilməsi barədə qərar qəbul olunmalıdır. İttiham tərəfi qeyd edib ki, müdafiə tərəfinin protokolla audioyazı arasında ziddiyyətə dair iddiası audioyazı ilə təsdiqini taparsa, qeydlər təsdiqlənməli, təsdiqlənmədiyi halda isə rədd edilməlidir. Bu əsasla məhkəmədən qanunvericiliyə uyğun qərar qəbul olunması xahiş edilib.

Zərərçəkmiş şəxslərin nümayəndələri məhkəmə iclası protokollarına verilmiş qeydlərlə bağlı ittiham tərəfinin mövqeyini dəstəklədiklərini və bu məsələdə eyni mövqedən çıxış etdiklərini bildiriblər.

Daha sonra məhkəmə kollegiyası məhkəmə iclası protokolları ilə bağlı məsələyə dair qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən qayıdan məhkəmə kollegiyası sözügedən qeydlərin təsdiq olunmasını və iş materiallarına əlavə edilməsini qərara alıb. Qeyd olunub ki, protokolların məzmununda hər hansı uyğunsuzluq aşkar edilməyib.

Bu baxımdan da məhkəmə müdafiə tərəfinin qeydlərinin iş materiallarına əlavə edilməsini qanuni və əsaslı hesab edir.

Təqsirləndirilən Levon Mnatsakanyan məhkəməyə müraciət edərək vəsatət vermək istədiyini bildirib. Məhkəməyə sədrlik edən isə ona vəsatətlərin təqdim olunması üçün müvafiq imkanın yaradılacağını deyib.

Daha sonra çıxış edən Davit İşxanyan qəbul edilmiş qərara görə təşəkkürünü bildirib.

Ardınca o, çıxışını davam etdirərək ötən iclasda söylədiyi kimi bir daha özünü təqsirkar saymadığını qeyd edib.

Sonra David Babayanın müdafiəçisi məhkəmədə çıxış edərək təqsirləndirilən şəxsin təqdim etdiyi apellyasiya şikayətinin tam əsaslı olduğunu bildirib.

O, çıxışında D.Babayan barəsində çıxarılmış hökmün ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Fasilədən sonra təqsirləndirilən Davit İşxanyanın vəsatəti müdafiəçisi vasitəsilə tərcüməçiyə təqdim edilib.

Daha sonra çıxış edən təqsirləndirilən David Babayan ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 7-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

ФОТО

Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 1
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 2
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 3
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 4
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 5
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 6
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 7
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 8
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 9
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 10
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 11
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 12
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 13
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 14
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 15
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 16
Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? — 17
ЛЕНТА НОВОСТЕЙ
03 июля 2026
Trampa qarşı dediyi sözlərdən sonra mayor polisə aparıldı 21:44 32 ölkə Ukrayna ilə bağlı planı TƏSDİQLƏDİ 21:27 Sürücülərin DİQQƏTİNƏ: Bu yollar iki gün bağlı olacaq 21:20 Benzin növbələri uzanır, Duma isə yalnız bunu deyir: “Səbr edin, keçəcək” 21:09 Ərdoğan dəvət etdi - Şahbaz Şərif sabah Türkiyəyə gedir 20:44 Zelenski meydan oxudu: “Onları üstələyəcəyik” 20:33 “Yanacaq böhranı xeyrimizədir” - Rus akademik moskvalılara səsləndi 20:28 Evlərdə gizli xəzinə var: Azərbaycan ailəsinin ehtiyatı nə qədərdir? 19:51 Türk dünyası bu bəyannamədə birləşdi 20:20 Axrıncı dəfə olsun, Elvin! 20:12 Rusiyadakı benzin qıtlığı Azərbaycana təsir edəcək? - AÇIQLANDI 20:04 33 ildən sonra itkin-şəhid doğma kəndində dəfn olundu 19:43 Rəsmilər İranda vida mərasimində belə iştirak etdilər - Prezidentin başsağlığı çatdırıldı 19:34 XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq 19:13 “Qarabağ”ın yeni transferi bəlli oldu 19:26 Ömürlük məhkum edilən Qarabağ separatçıları apellyasiyada nə istədi? 19:19 Sərnişinlərin NƏZƏRİNƏ: Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir 19:06 Suriyanın müdafiəsi türk generala tapşırıldı 18:59 33 il itkin sayılan qadın doğma kəndində torpağa tapşırıldı 18:46 Pezeşkian Xamenei ilə vidalaşarkən ağladı - VİDEO 18:33 Bakı-Tbilisi-Qars qatarları Çinə qədər gedə bilər - TƏKLİF 18:23 Xaricdə yaşayan ermənilər üçün PİS XƏBƏR 18:15 Tuskdan Zelenskiyə: “Gərginliyi sən yaratdın” 18:07 Какова главная причина смертности в Азербайджане? 17:42 Rayonlarda leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 17:29 Все новости