Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır

Mehdiyevlər ailəsində gözlənilməz gəlişmə – Azərbaycanda ikinci dəfədir yaşanır
17.06.2026 10:12

Ramiz Mehdiyevin ailəsinə məxsus maliyyə qurumlarından biri ilə bağlı diqqətçəkən dəyişiklik baş verib. Belə ki, “Bank BTB” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-yə çevrildiyini elan edib. Buna Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarı ilə razılıq verilib.

Bankın BOKT-a çevrilməsi praktik olaraq nə deməkdir?

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas, iqtisadçı Əkrəm Həsənov deyib ki, bu, Azərbaycanda bankın BOKT-a çevrilməsi ilə bağlı ikinci haldır:


“İlk belə nümunə “Parabank”la bağlı olub. Həmin bank ləğv edildikdən sonra “Para BOKT” yaradıldı. “Bank BTB” ilə bağlı vəziyyət isə fərqlidir, çünki bank ləğv olunmayıb, birbaşa BOKT-a çevrilib. Banklar və BOKT-lar hər ikisi kredit təşkilatı sayılsa da, onların fəaliyyət imkanları və tələbləri fərqlənir. Bank üçün minimum nizamnamə kapitalı 50 milyon manat olduğu halda, BOKT üçün bu məbləğ 1 milyon manatdır. Bu baxımdan bank fəaliyyətini davam etdirmək daha çətin və böyük maliyyə resursları tələb edir”.

İqtisadçı bildirib ki, bankda maliyyə problemi yarandıqda səhmdarlar əlavə vəsait yatırmaq istəmədikdə və ya buna imkan tapmadıqda, statusun dəyişdirilməsi variantı gündəmə gəlir:

“Digər mühüm məqam odur ki, banklar AMB-nin daha ciddi nəzarəti altında fəaliyyət göstərir. Çünki onlar əmanət qəbul edir, bank hesabları açır və pul köçürmələri həyata keçirirlər. BOKT-lar isə bu xidmətləri göstərə bilmir və əsasən kredit vermə fəaliyyəti ilə məşğul olurlar. Buna görə də bankların fəaliyyət imkanları daha geniş olsa da, onlara tətbiq olunan tələblər və məsuliyyət də daha ağırdır”.

Ekspertin sözlərinə görə, Mehdiyevin ailəsinə məxsus bankın BOKT-a çevrilməsinin səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürülə bilər:

“Mümkündür ki, bankın əlavə kapitala ehtiyacı yaranıb və səhmdarlar bunu təmin etmək istəməyiblər. Lakin məsələni yalnız konkret səhmdarlarla əlaqələndirmək düzgün olmaz. Hazırda bank sektorunda inhisarlaşma, təmərküzləşmə prosesi gedir. Orta, eləcə də kiçik bankların iri maliyyə qurumları ilə rəqabət aparması getdikcə daha da çətinləşir. Bu isə prosesin obyektiv iqtisadi tərəfidir”.

Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 74,99 faizi Nigar İsmayıl qızı Mehdiyevaya, 19,01 faizi Sadiq Rza İsmayıl oğluna, 6 faizi isə Tükəzban Ağa qızı Mahmudovaya məxsus olub. Bankın əsas səhmdarı Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Digər səhmdar Sadiq İsmayıl isə onun qardaşıdır. Beləliklə, Mehdiyevlər ailəsinin nəzarətində olan maliyyə qurumu fəaliyyətini yeni statusla davam etdirəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Rusların kölgə donanması Britaniya sahillərində ingilislərə atəş açdı - İmperiya silkələndi 13:31 Autizmli uşaqlar diqqətdən kənarda qalmadılar: Onlar üçün turnir keçirildi - FOTO 13:29 Erməni uşaq türkə tüpürdü, Paşinyanın bu çıxışı gündəm oldu - VİDEO 13:26 Kremlin strateji tərəfdaşlıq nağılı bitir? Putin fərqli düşünür, deputat isə Pekini ittiham edir! 13:21 Məşhur memardan tənqid: "Vandallar Bakını sökür" 13:09 Ибрагим Мбайе стал самым молодым африканским футболистом, забившим гол на чемпионатах мира 13:12 İnternet oyunlarına baxıb müəllimini güllələyən şagirdlə bağlı xəbər Azərbaycanda GÜNDƏM oldu 12:56 Кронпринцесса Норвегии Метте-Марит перенесла пересадку легких 12:53 В Армении расследуют дело о подкупе избирателей в пользу партии Царукяна 12:45 Nazirin xalasıoğlu öldürüldü - Ölkəni şoka salan QƏTL - VİDEO 12:44 Система электронных медкарт будет внедрена в сферу психиатрической помощи 12:47 Завтра в Азербайджане ожидается до 36° тепла 12:29 Azərbaycan nefti ucuzlaşmaqda davam edir 12:20 Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək 12:13 Sürücülərin DİQQƏTİNƏ: Maşından düşərkən pusqu sizi gözləyir - VİDEO 12:13 СРОЧНО! В Каспийском море произошло землетрясение 12:01 Бахчели предложил переименовать Зангезурский коридор в «Путь Турана 11:58 Спикер парламента Армении Ален Симонян женится 11:55 "Araz-Naxçıvan" Ülvi İsgəndərovla yeni müqavilə imzaladı 11:39 Müəllimlərin sertifikasiya imtahanları başladı - YENİLƏNDİ 11:30 Ukrayna Rusiyanı öz nefti ilə yandırır 11:28 “BƏƏ tolerantlığı: köklü bir irs və dayanıqlı bir baxış” adlı tədbir keçirildi 11:15 I sinfə qəbul üzrə prioritet məktəb seçimi başlayır 11:07 МИД Азербайджана поздравил Исландию с Национальным днем 11:00 İnanılmaz: İran nüvə bombasından da güclü silah əldə etdi! 10:45 Все новости