Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi...

Ermənilərin atdığı heç bir güllə  Fred Asifə dəymirdi...
27.07.2026 13:50

"Erməni ilə döyüşmək üçün təkcə silaha yox, mənliyə və qeyrətə ehtiyac var. Silahı hamı tapar, qeyrəti tapmaq çətindir"...

Bu Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif)  ən yaddaqalan sözlərindəndir. 


TodayPress TV xəbər verir ki, tarixçi, professor Zaur Əliyev sosial şəbəkə hesabında onun xatirələrindən bəhs edib. 


"Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1969-cu ildə Ağdam şəhər 1 nömrəli məktəbini bitirib.

Asif Məhərrəmovun "Fred" ləqəbini necə alması barədə dostları danışırlar ki, o, hələ yeniyetmə yaşlarında "Birinci vur, Fred" adlı fransız filminə dəfələrlə baxmışdı və bu filmi çox sevirdi. Dostları ona "Sən Fred kimi vuruşursan" deyirdilər.

"Fred" sözünün hərfi tərcüməsi "sədaqətli dost" deməkdir.

1992-ci il dekabrın 7-də Prezident Əbülfəz Elçibəy tərəfindən Milli Qəhrəman adına layiq görülən Fred Asif bu adı qəbul etməkdən imtina etdi. Onun cavabı isə qəti və məntiqli oldu:

"Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq".

1993-cü il iyulun 17-də, Ağdamın işğalından cəmi altı gün əvvəl Heydər Əliyev Asif Məhərrəmovu təkbətək qəbul edərək onunla üç saata yaxın söhbət edib.

Dövlət başçısı ona Almaniyada yüksək səviyyədə müalicə olunmağı təklif etsə də, Fred Asif belə cavab verib:

"Məndən narahat olmayın, özüm-özümü müalicə edərəm. Siz torpaqların müdafiəsi və azad olunmasına çalışın. Bu, bizim üçün hər şeydən vacibdir".

Fred Asifin 1991-ci il noyabrın 15-də yaratdığı "Haqq Cəbhəsi" batalyonunda onun digər üç qardaşı da döyüşüb və onların hər biri yaralanıb. Ermənilər arasında adı qorxu ilə çəkilən bu batalyonun iki üzvü Milli Qəhrəman adına, beş nəfəri isə "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.

Fred Asif hər döyüşdən əvvəl belə dua edərdi:

"Ya Seyidlazım ağanın cəddi, mənim atdığım mərmilər nə uşağa, nə qadına dəysin... Atəş!"

Onun rəhbərlik etdiyi batalyon 1992-ci ildə Füzulinin işğalının qarşısını alıb. Ermənilərin qəfil hücum planı barədə məlumat əldə etdikdən sonra "Qrad" yaylım atəşi ilə düşmənin mövqelərini darmadağın edərək əməliyyat planını pozub.

Peşəkar hərbçi olmasa da, döyüş qabiliyyəti, liderlik xüsusiyyətləri və ətrafındakı insanları döyüşə hazırlamaq bacarığına görə ona birbaşa polkovnik-leytenant rütbəsi verilib.

Döyüş yoldaşlarının xatirələrinə görə, yemək paylanarkən o, həmişə hamıdan sona qalır, bütün əsgərlərin doyduğuna əmin olduqdan sonra süfrəyə əl uzadardı.

Cəbhədə ermənilər onun əsl adından çox "Fred" ləqəbini tanıyırdılar. Radiodanışıqlarda bu adı eşidəndə onun rəhbərlik etdiyi istiqamətdən xüsusi ehtiyat edirdilər. Çünki Fred Asifin batalyonu çevikliyi və uğurlu taktiki gedişləri ilə seçilirdi.

Onun cəbhədə sürdüyü "QAZ-66" markalı hərbi avtomobil də əfsanəyə çevrilmişdi. Əsgərlər danışırdılar ki, o, maşını ən ağır döyüş bölgələrinə belə çəkinmədən sürərdi. Həmin avtomobil dəfələrlə atəşə tutulsa da, Fred Asif hər dəfə sağ-salamat çıxmağı bacarırdı. Əsgərlər zarafatla deyirdilər: "Fredin maşınına güllə batmır". 

Xocalı soyqırımından sonra "Qarabağ" futbol klubunun oyunçuları döyüşə getmək istəyirdilər. Çünki artıq heç kim futbol haqqında düşünə bilmirdi.

Fred Asifin dəstəsinə qoşulmaq istəyən futbolçulara o, belə demişdi:

"Mən döyüş üçün 11 min insan taparam, amma "Qarabağ"ın heyətində oynayacaq 11 futbolçu tapa bilmərəm. Kişiliyiniz çatırsa, ev oyunlarınızı məhz Ağdamda keçirin. Ağdamda futbol yaşadıqca ermənilər də biləcək ki, Ağdam yaşayır."

Əsgərlərinə isə daim belə deyərdi:

"Ay uşaqlar, bilin ki, bu torpaqdan başqa bizə yer yoxdur! Qeyrət də, namus da, xətir-hörmət də, qarasaqqal da, ağsaqqal da bu torpaqdadır. Bu torpaqdan o yana çıxdınızsa, hamısını itirəcəyik". 

Allah sənə rəhmət eləsin, Komandir!..."

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
27 июля 2026
Barış Alper həm transferdən, həm hədəflərdən danışdı 16:48 Nəqliyyat vasitəsinin duracaqda saxlanılma haqqının qaytarılması qaydası təsdiqləndi 16:39 MEDİA İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yaydı 16:28 ABŞ-ni nə dayandırdı? - yeni iddialar ortaya çıxdı 16:07 "Vahid indekslərin siyahısı" genişləndirildi 16:07 Putin: Stalinin Ukraynaya bağışladığı bu torpaqlar geri alınacaq - VİDEO 15:35 На бакинских пляжах разыскивают мужчину, пристававшего к малолетним девочкам — ФОТО 15:32 NBA əfsanəsi: "Leykers" istədiyim komandanı qurdu 15:22 Сильный ветер привел к несчастному случаю в «Амай»е— есть пострадавший 15:12 Azərbaycan hakimlik məktəbi növbəti uğura imza atdı 15:09 Azərbaycanlı güləşçilərdən mundialda güclü çıxış 15:01 Netanyahunun təyyarəsi Vaşinqtona yola düşüb - İDDİA 14:54 Azərbaycanlı atıcı Dünya Kubokunda final həyəcanı yaşayacaq 14:55 3 milyon tondan çox taxıl yığıldı 14:47 Anomal istilər 3800-dən çox can aldı 14:42 Qaytarıla bilməyən kreditlər bağlana bilərmi? 14:18 Кто этот человек, получивший высокую должность от президента в Турции? — ДОСЬЕ 14:14 Ermənilər Zəngəzurdan və qumardan 162 milyon dollar qazandılar 13:59 Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır 13:54 U-15 dünya çempionatının təşkili ilə bağlı Sərəncam imzalandı 13:51 Ermənilərin atdığı heç bir güllə Fred Asifə dəymirdi... 13:50 Хокмели утопает в мусоре — из-за вони невозможно зайти в поселок 13:43 İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı - SƏRƏNCAM 13:36 Dünya çempionatının final hakimi səhnədən getdi 13:29 Исторический доклад из Украины — Азербайджан положил конец российской монополии на Южном Кавказе 13:27 Все новости