Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO

Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO
24.06.2026 10:10

Paytaxt Bakı mühüm beynəlxalq tədbirə — İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının yubiley, yəni 20-ci sessiyasına ev sahibliyi edir.

İslam dünyasının parlamentlərarası əlaqələrinin inkişafı baxımından böyük önəm daşıyan bu mötəbər konfransda iştirak etmək üçün İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfərə gəlib.


Hava limanında iranlı yüksək vəzifəli rəsminin gəldiyi təyyarənin gövdəsində yazılmış “MERAJ” sözü  diqqətdən qaçmayıb.

Ərəb mənşəli söz  “nərdivan”, “pilləkən” və ya “yuxarı qalxma vasitəsi” mənalarını versə də, İslam tarixində dərin dini-mənəvi rəmzi mənaya malikdir.

Belə ki, bu termin İslam peyğəmbəri Həzrət Məhəmmədin Məkkədəki Məscidül-Həramdan Qüdsdəki Məscidül-Əqsaya gecə səyahətini, yəni İsra hadisəsini və ardınca oradan səmanın qatlarına, İlahi hüzura fiziki və ruhani yüksəlişini təcəssüm etdirir.


Bakıda keçirilən bu sessiya çərçivəsində fəal müzakirələr aparacaq iranlı spikerin səfərinin həm Azərbaycanla İran arasında ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə, həm də regiondakı parlament diplomatiyasının güclənməsinə mühüm töhfə verəcəyi gözlənilir. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
24 июня 2026
Qərbi Azərbaycan festivalı iranlıları özündən çıxartdı 12:55 Qalibaf Bakıda hər şeyi danışdı - Biz buna hazırıq... 12:47 Eduard Mendi İraqla matçda oynamayacaq 12:49 Qızıl almaq istəyənlər DİQQƏT! Qiymətlər ucuzlaşmağa davam edir 12:34 Türk dünyası bir araya gəlir: Şuşada ilk böyük... 12:19 Moskvada işlər qarışdı: Lavrov ABŞ-dən küsdü 12:09 “Qan itirən uşağa qan köçürülmədi” – Övladını itirmiş ata həkimlərə irad bildirdi 12:05 Enerji birjasında son qiymətlər - Təbii qaz getdikcə ucuzlaşır 12:01 Rusiya qaranlığa qərq oldu: Bu ərazilər işıqsız qaldı - VİDEO 11:56 Ukrayna Rusiyanın "nəfəs borusu"nu kəsməyə davam edir 11:46 Prezident: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik 11:22 İƏT PA-ya sədrlik İndoneziyadan Azərbaycana keçdi 11:18 Bakıda cərrah qadının üzünü əməliyyat etdi, dərisi cırıq-cırıq olub, soyuldu 11:12 AMB-dən uçot dərəcəsi ilə bağlı mühüm qərar 11:07 İlham Əliyev: Azərbaycan İslam dəyərlərinin qorunmasına böyük önəm verir 11:03 Prezident İslam irsinə qarşı törədilmiş cinayətlərdən danışdı 11:00 Moskva Krım uğrunda ölümünə savaşa girir 10:50 Azərbaycan nefti enişə davam edir - Son qiymət AÇIQLANDI 10:44 Məscidlərimizə donuz doldurdular, "Qurani-Kərim"i yandırdılar - Prezidentdən dünya müsəlmanlarına müraciət 10:34 ADY bilet satışı ilə bağlı iddialara cavab verdi 10:29 Rusiya ifşa edildi — Xəzəri qurudurmuş 10:19 Bakı–Tbilisi-Bakı qatarında aktiv bilet satışı dövrü 90 günə çatdırılacaq 10:18 Bakıda səfərdə olan Qalibafın təyyarəsindəki o mesaj - FOTO 10:10 İmtahana gedənlərin nəzərinə: Özünüzlə bu iki sənədi mütləq götürün! 10:05 ABB və "m10" arasında pul köçürmələri dayandırıldı 10:05 Все новости