Bakı buna HAZIR OLMALIDIR! - Millət vəkili açıqladı

Bakı buna HAZIR OLMALIDIR! - Millət vəkili açıqladı
12.01.2026 13:37

Amerikalı analitik Lyuk Koffi “X” platformasında Azərbaycan bayrağı ilə birlikdə “Be prepared” (“Hazır olun”) mesajını paylaşıb. 

Maraqlıdır, Lyuk Koffi bununla nə demək istəyib?  

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Birləşmiş Ştatlarda böyük nüfuza malik olan bu tədqiqatçının niyə məhz belə bir addım atması və bu mesajla nə demək istədiyi ciddi müzakirə səbəbidir:  

"Bu yanaşma müxtəlif versiyaları ortaya çıxara bilər. Əvvəla, analitik Azərbaycana münasibətdə həmişə ardıcıl, sistemli, praqmatik və obyektiv mövqe nümayiş etdirib. O, Azərbaycanın regiondakı yerini və rolunu yüksək qiymətləndirib, xüsusilə Azərbaycanın Trans-Xəzər və Şərq-Qərb dəhlizlərinin qovşağında yerləşdiyini, coğrafi mövqeyi baxımından strateji əhəmiyyət kəsb etdiyini dəfələrlə vurğulayıb".

Onun sözlərinə görə, belə bir tanınmış tədqiqatçının, ABŞ-nin  aparıcı analitiki və hakimiyyət dairələri ilə sıx əlaqəsi olan şəxsin belə bir mesaj verməsi bir neçə versiya ilə izah oluna bilər:

"Mən xüsusilə üç versiyanı qeyd etmək istərdim. Birinci Versiya: ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı: Birləşmiş Ştatların Cənubi Qafqazda Azərbaycanın rolunu yüksək qiymətləndirməsi və regionda mövqeyini möhkəmlətmək üçün həlledici addımlar atmağa hazırlaşması anlamına gəlir. Bu halda Azərbaycan ABŞ üçün strateji əhəmiyyətini artırır. Yaxın zamanlarda ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması planlaşdırılır və bununla bağlı işçi qruplar intensiv fəaliyyət göstərir. Artıq ikitərəfli münasibətlərin siyasi-ideoloji əsasları formalaşıb və ardınca praktiki addımların atılması labüddür".

Analitik qeyd edib ki, xüsusilə Zəngəzur dəhlizi və Trans marşrutla bağlı ABŞ artıq konkret işlərə başlamağa hazır görünür. Ermənistan hakimiyyət dairələrində də belə məlumatlar mövcuddur. Fevraldan etibarən ABŞ-dən yüksək rütbəli rəsmilərin Ermənistana səfəri gözlənilir. Bu, regiona ABŞ-nin artan marağını və Azərbaycanın önəmli tərəfdaş olduğunu göstərir. Eyni zamanda, bu, Rusiya və İran kimi regiondakı digər oyunçular üçün xəbərdarlıqdır.

E.Nəsirov əlavə edib ki, İkinci versiya Rusiyanın güc faktorudur: 

""Hazır ol" mesajı həm də Azərbaycanın üzləşə biləcəyi Rusiyadan təzyiq və hərbi fəaliyyətlərin artması ilə bağlı ola bilər. Bir neçə gün əvvəl Rusiya telekanallarından biri, Vladimir Solovyov, Ukraynaya qarşı sərt zərbələrdən danışdı və post-sovet məkanına dair Rusiyanın hərbi addımlar atmasını önə çəkdi. Bu kontekstdə ABŞ Rusiyaya yaşıl işıq yandırmış kimi görünür. "Hazır ol" mesajı yeni qarşıdurmaların və mümkün kataklizmlərin xəbərdarlığı kimi qiymətləndirilə bilər".

Parlamentari diqqətə çatdırıb ki, üçüncü versiya İrandakı daxili gərginliklə bağlıdır:

"Mesaj İranda baş verən son inqilabi proseslərlə də bağlıdır. Son 47 ildə İran ilk dəfə ciddi siyasi böhran yaşayır. Ölkədə inflyasiya və qiymətlərin bahalaşması iqtisadi təzyiqlərə, nəticədə isə siyasi gərginliyə çevrilib. Birləşmiş Ştatlar İran xalqını dəstəkləməyə qərar versə, regionda hərbi müdaxilə və zərbələr gündəmə gələ bilər. Azərbaycanın ərazisində də etiraz dalğaları (Təbriz, Ərdəbil, Urmiya, Zəncan və s.) müşahidə olunur. Bu vəziyyətdə Azərbaycan yeni situasiyaya hazır olmalıdır".

Deputat sonda əlavə edib ki, yekun olaraq Azərbaycan bayrağı fonunda “hazır ol” mesajı Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənməsi anlamındadır və Azərbaycanın adı çəkilir, çünki Azərbaycan həlledici dövlətdir. Digər tərəfdən, Rusiya amili və İranda baş verənlər fonunda Azərbaycanla bağlı bu mövqe ifadə edilə bilər.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Все новости