Azərbaycana məhdudiyyət - Rusiyada azərbaycanlıları nə gözləyir?

Azərbaycana məhdudiyyət - Rusiyada azərbaycanlıları nə gözləyir?
17.02.2026 16:50

“Rusiya Federasiyasından miqrantlara qarşı tətbiq olunan məhdudiyyətlər getdikcə genişlənir və budəfəki qadağalar daha çox selektiv xarakter daşıyır”. 

Bunu Milli Məclisin deputatı Elman Nəsirov TodayPress TV-yə açıqlamasında  deyib. 


O qeyd edib ki, Rusiyanın miqrant siyasətində konkret ayrıseçkilik hökm sürür: 

"Məsələn, Rostov vilayətində 1 aprel – 31 dekabr 2026-cı il tarixlərində miqrantlara kuryer fəaliyyəti, qida, içki və tütünün topdan-pərakəndə satışı qadağan edilir. Başqa bir məlumata görə, 1 martdan etibarən quru və boru kəməri nəqliyyatı, poçt xidmətləri, qiymətli metalların satışı və fitnes sahəsində işləyənlərə də məhdudiyyətlər tətbiq olunacaq. 

Bu məhdudiyyətlərin bir başqa diqqətçəkən tərəfi odur ki, Avrasiya İqtisadi Birliyinin (AİB) üzvü olan ölkələrin vətəndaşlarına — yəni, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan vətəndaşlarına — münasibətdə heç bir qadağa tətbiq edilmir. Lakin Azərbaycan, Moldova, Tacikistan və Özbəkistan vətəndaşlarından, eləcə də “Abxaziya” vətəndaşlarından iş icazəsi alınması tələb olunur. Bu məhdudiyyətlər həmin ölkələrin vətəndaşlarına şamil ediləcək". 

Onun sözlərinə görə, bu miqrasiya siyasəti ilə bağlı bir sıra suallar yaranır: niyə məhz AİB ölkələrinə bu qadağalar tətbiq edilmir? Niyə bu ölkələrin vətəndaşlarına məhdudiyyətlər qoyulmur, amma Avrasiya İqtisadi Birliyinə üzv olmayan ölkələrin vətəndaşları üçün bu addımlar atılır? Azərbaycan da bu təşkilata üzv deyil, yəni birbaşa olaraq Azərbaycan vətəndaşları da bu miqrasiya siyasətinin təhdid obyektinə çevrilə bilər. Bu isə, nəticə etibarilə, Azərbaycan vətəndaşlarının da məhdudiyyətlərlə üzləşməsinə səbəb olacaq və son dövrlərdə iki ölkə arasında yaranan gərginliyi daha da artıracaq.

"Anlaşılan budur ki, rəsmi Moskva sanki öz strateji tərəfdaşı ilə münasibətləri normallaşdırmaq əvəzinə, onları daha da kəskinləşdirmək istiqamətində addımlar atır. Miqrasiya siyasətindəki bu dəyişiklikləri də həmin siyasətin tərkib hissəsi kimi qiymətləndirmək olar. Görünür ki, Azərbaycan Respublikasının müstəqil siyasəti, bu ölkənin milli maraqlarına uyğun mövqeyi, Moskvada bəzilərinin narazılığına səbəb olub", - millət vəkili vurğulayıb. 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan müstəqil və suveren bir dövlətdir, onun lideri isə dünya səviyyəli bir liderdir: 


"Azərbaycanın atdığı addımlar hər zaman milli maraqlara uyğun olub və heç bir zaman üçüncü tərəfi hədəf almayıb. Məsələn, bu gün Bakı-Vaşinqton münasibətlərinin istiləşməsi Moskva ilə münasibətləri hədəfə almır. 2022-ci ildə Moskva ilə imzalanan strateji tərəfdaşlıq və müttəfiqlik sənədi də Vaşinqton və ya Brüssel əleyhinə deyildi. Azərbaycan, müxtəlif güc mərkəzlərindən bərabər məsafədə dayanaraq öz milli maraqlarına əsaslanaraq müstəqil siyasət yürüdür".

E.Nəsirov sonda əlavə edib ki, Azərbaycanın siyasəti anti-Rusiya deyil, əməkdaşlıq və sülhə yönəlib: 

"Bu səbəbdən də mən anlamıram, niyə Kremlin bəzi dairələri Azərbaycanla bağlı bu cür düşünürlər və Azərbaycanın apardığı siyasəti anti-Rusiya siyasəti kimi qiymətləndirirlər. Bu, qətiyyən doğru deyil. Azərbaycanın atdığı addımlar yalnız milli maraqlarına uyğundur və heç bir şəkildə Kremlə və ya başqa bir tərəfə qarşı yönəlməmişdir. Azərbaycan Prezidentinin dünyadakı nüfuzu və hörməti, ölkənin regiondakı əməkdaşlıq mühitini təşviq etməyə yönəlik siyasətinin nəticəsidir, bu siyasət qarşıdurma deyil, əməkdaşlıq yaradılmasına xidmət edir. Bu həqiqəti dünya ictimaiyyəti də qəbul edir və müvafiq nəticələr çıxarır. Təəssüf ki, bunun əksini düşünənlər də var və görünür ki, Rusiyada bəzi siyasi dairələr Azərbaycan Prezidentinin müstəqil və milli maraqlara əsaslanan siyasətindən narazıdır və buna görə də "bulanıq suda balıq tutmaq" siyasətini həyata keçirməyə çalışırlar". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 Все новости