ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində yer aldı

ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində yer aldı
19.06.2025 13:11 Kənd Təsərrüfatı

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2025-ci il üçün “THE Impact Ranking” reytinqini açıqlayıb. “THE University Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Məqsədləri”nə (DİM) əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyənləşdirir.

TodayPress TV xəbər verir ki, reytinqin 2025-ci il üçün nəzərdə tutulan 7-ci nəşrinə 2318 universitet daxil edilib.  

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) müvafiq reytinq qiymətləndirilməsində ilk dəfə yer almasına baxmayaraq dünya üzrə 1001-1500-cü sıralamada yer alaraq, ölkə üzrə 6-cı, region universitetləri arasında 1-ci və DİM 2 üzrə (aclığa son) isə Azərbaycan universitetləri arasında ilk yerdə qərarlaşıb.

ADAU-nun DİM üzrə göstəriciləri aşağıdakı kimidir:

- DİM 2 üzrə (aclığa son) 955 müəssisə arasında 201-300;  

- DİM 11 üzrə (dayanıqlı şəhərlər və icmalar) 1154 müəssisə arasında 401-600; 

- DİM 8 üzrə (layiqli əmək və iqtisadi artım) 1350 müəssisə arasında 601-800;  

- DİM 13 üzrə (iqlim dəyişikliyinə qarşı mübarizə) 1089 müəssisə arasında 601-800; 

- DİM 17 üzrə  isə (məqsədlər üçün tərəfdaşlıq)  2389 müəssisə arasında 1001-1500.

FOTOLAR

ADAU ilk dəfə “Times Higher Education” beynəlxalq reytinqində yer aldı — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər