Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi

Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
05.03.2026 14:31 Xarici siyasət

Ukraynanın Azərbaycandakı səfirliyi İranın Naxçıvana dron hücumlarını pisləyib.

TodayPress TV səfirliyə istinadən xəbər verir ki, diplomatik nümayəndəlik İran PUA-larının Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə hücumu barədə məlumatları diqqətlə izləyir.

Ukrayna səfirliyi Azərbaycana dəstək və həmrəyliyini ifadə edib: “Hamını qlobal təhlükəsizliyə, eləcə də xalqlarımızın gələcəyinə xələl gətirən rejimlərə qarşı mübarizəni gücləndirmək üçün birləşməyə çağırırıq”.

Məlumatda İran dronlarının çoxdan terror alətinə çevrildiyi xatırladılıb, məhz bu silahın İran rejimi tərəfindən Ukrayna şəhərlərinə, mülki infrastruktura və dinc əhaliyə zərbələr endirmək üçün istifadə edildiyi vurğulanıb.

Açıqlamada Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın “İran rejimi on illərdir bölgəni terror edir, digər ölkələrə qeyri-sabitlik gətirən terror qruplaşmalarını dəstəkləyir və maliyyələşdirir” fikirlərinə də yer verilib.

“Ukrayna beynəlxalq hüquqa, ləyaqətə və insan həyatına xor baxan rejimlərin hansı təhlükə yaratdığını yaxşı bilir”, - açıqlamada qeyd olunub.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 All News