Türkiyə Prezidenti: Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək

Türkiyə Prezidenti: Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək
28.05.2025 15:27 Xarici siyasət

Azərbaycan torpaqlarının 30 illik işğaldan azad edilməsi ilə regionun inkişaf və tərəqqi mərkəzinə çevrilməsinin vaxtı çatıb. Əminəm ki, bu gün istifadəyə verilən Laçın Beynəlxalq Hava Limanı regionun inkişafına və dünyaya inteqrasiyasına mühüm töhfə verəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçında keçirilən üçtərəfli görüşünün yekunlarına dair bəyanatında bildirib. 

Türkiyə lideri Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib, ölkəmizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib. 

Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Pakistanı “münasibətləri qarşılıqlı hörmət əsasında inkişaf edən qardaş ölkələr” adlandırıb. Üç ölkənin əhalisinin ümumi sayının 350 milyon nəfərə çatdığını, məcmu ÜDM-inin isə 1,5 trilyon dollar olduğunu xatırladan Türkiyə Prezidenti vurğulayıb ki, “ölkələrimiz ortaq idealları bölüşür”.

O əlavə edib ki, Ankara Bakı və İslamabadla iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində gələcək addımlara sadiqdir. “Ankara ölkələrimizin strateji tərəfdaşlığının gücləndirilməsinə yönəlmiş hər bir addımı dəstəkləyir”, - deyə Ərdoğan əmin edib.

O qeyd edib ki, regional proseslər Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın vacibliyini vurğulayır.

XƏBƏR LENTİ
30 IYUL 2026
İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Bütün Xəbərlər