Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”

Şahin Mustafayev: “Birgə layihələr regionu birləşdirir”
10.02.2026 20:58 Xarici siyasət

“Azərbaycan–İran arasında iqtisadi əməkdaşlıq demək olar ki, bütün əsas sahələri əhatə edir və birgə layihələr regional nəqliyyat və enerji əlaqələrini gücləndirir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının Milli Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu inkişafdan bəhs edərkən İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəal rolunun xüsusi vurğulanması vacibdir:

“Prezidentlərin tapşırıqları çərçivəsində nəqliyyat, enerji, ticarət, infrastruktur və rabitə sahələrində mühüm layihələrin icrası təmin olunur. Bu layihələrin bir qismi hazırda icra mərhələsindədir, bəziləri tamamlanmaq üzrədir, digərləri isə artıq yekunlaşdırılaraq istifadəyə verilib. Yaxın günlərdə Bakıda keçiriləcək Komissiyanın növbəti iclasının bu sahələrin daha da genişlənməsinə əhəmiyyətli töhfə verəcəyinə əminik”.

Baş nazirin müavini qeyd edib ki, İran Prezidenti Məsud Pezeşkianın rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan–İran Biznes Forumunda hər iki ölkə Prezidentinin birgə iştirakı dövlətlərin özəl sektorun inkişafına və iqtisadi tərəfdaşlığa verdiyi böyük əhəmiyyəti açıq şəkildə nümayiş etdirir.

Şahin Mustafayev vurğulayıb ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq Azərbaycan–İran münasibətlərinin strateji dayaqlarından biri olaraq qalır. Birgə layihələr regional bağlantıların gücləndirilməsinə və beynəlxalq nəqliyyat dəhlizlərinin, xüsusilə Şimal–Cənub və Şərq–Qərb marşrutlarının inkişafına xidmət edir.

Onun sözlərinə görə, hazırda icra olunan əsas layihələr sırasında Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonunu İran ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat infrastrukturunun yaradılması xüsusi əhəmiyyət daşıyır. Buraya Ağbənd–Kalalə və Ordubad–Siyahrud avtomobil yolu körpülərinin tikintisi daxildir. Eyni zamanda Azərbaycan investisiyası hesabına İranda, Astara şəhərində quru yük dəmir yolu terminalının tikintisi ardıcıl şəkildə davam etdirilir.

Baş nazirin müavini əlavə edib ki, Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) çərçivəsində dəmir yolları, avtomobil yolları və limanları əhatə edən müasir infrastruktur formalaşdırılır. Bu dəhlizin funksionallığının artırılması, yük həcmlərinin genişləndirilməsi və tranzit müddətlərinin rəqəmsal həllər və gücləndirilmiş gömrük koordinasiyası vasitəsilə azaldılması istiqamətində praktiki addımlar atılır. Bu məsələlər ötən ilin oktyabrında Bakıda Azərbaycan, İran və Rusiya arasında keçirilən üçtərəfli görüşdə ətraflı müzakirə olunub və nəticədə xüsusi İşçi Qrupları yaradılıb.

Şahin Mustafayev bildirib ki, enerji gündəliyində “Xudafərin” və “Qız Qalası” Su Elektrik Stansiyaları, eləcə də “Ordubad–Marazad” SES layihələri mərkəzi yer tutur. Bu təşəbbüslər yalnız enerji sahəsində əlaqələri gücləndirmir, eyni zamanda “yaşıl enerji” sektorunun inkişafı üçün yeni perspektivlər açır.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Geyci Topuriyanı məğlub etdi -VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 All News