Sahibə Qafarova parlamentlərarası forumda çıxış etdi

Sahibə Qafarova parlamentlərarası forumda çıxış etdi
01.07.2025 14:35 Xarici siyasət

Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun açılış mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, iki ölkənin qanunverici orqanları rəhbərlərinin və deputatlarının iştirak etdikləri tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova forumun iki ölkənin parlamentləri üçün çox əlamətdar bir hadisə olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu tədbir Azərbaycan Milli Məclisinin hər hansı digər ölkənin qanunverici orqanı ilə keçirdiyi ilk forumdur:

"Bu fakt parlamentlərimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, ilk növbədə ölkələr və xalqlar arasındakı qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir. Azərbaycan və özbək xalqları bir-birinə ümumi tarixi köklər, milli, mənəvi və mədəni dəyərlərlə sıx bağlıdır. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlərimiz məhz bu möhkəm təməl üzərində qurulub və sürətlə inkişaf edib".

Ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu gün iki ölkənin liderləri - Prezidentlər İlham Əliyevin və Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə dövlətlər hər cəhətdən müstəqil və güclü dövlətlər kimi inkişaf etməklə yanaşı, ölkələr arasında da əlaqələr daha da dərinləşib.

Azərbaycan-Özbəkistan münasibətlərində digər mühüm məqam kimi Özbəkistanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəti və dəyişməz mövqeyini vurğulayan Sahibə Qafarova deyib ki, Azərbaycan xalqı həm ərazilərimizin Ermənistan tərəfindən işğalı illərində, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edib.

Forumda çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ölkələrimiz arasında münasibətlərin hazırki yüksək səviyyəsi haqqında da fikirlərini bölüşüb:

"Özbəkistanla Azərbaycan arasında münasibətlər həmişə ortaq tarixi, mədəni və mənəvi dəyərlər üzərində qurulub. Bu əlaqələr xalqlarımızın dostluğu, qarşılıqlı hörməti və qardaşlıq hissləri ilə daha da möhkəmlənir".

Parlament sədrlərinin çıxışlarından sonra forum işini sessiyalar üzrə müzakirələrlə davam etdirib.

FOTOLAR

Sahibə Qafarova parlamentlərarası forumda çıxış etdi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər