Qazaxıstanın Baş naziri: "TDT-nin iqtisadi əməkdaşlığın gücləndirilməsi və birgə səylərin əlaqələndirilməsində rolu artır"

Qazaxıstanın Baş naziri: "TDT-nin iqtisadi əməkdaşlığın gücləndirilməsi və birgə səylərin əlaqələndirilməsində rolu artır"
02.04.2026 13:19 Xarici siyasət

Qazaxıstan Respublikasının Baş Naziri Oljas Bektenov Türk Dövlətləri Təşkilatının hökumət başçıları/vitse-prezidentinin ikinci görüşündə çıxış edib.

Bu barədə TodayPress TV-yə Qazaxıstan Baş Naziri mətbuat xidmətindən məlumat verilib.

Türk Dövlətləri Təşkilatının hökumət başçıları/vitse-prezidentinin ikinci görüşündə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Oljas Bektenov, Qırğız Respublikasının Nazirlər Kabinetinin Sədri – Prezident Administrasiyasının Rəhbəri Adılbek Kasımaliyev, Türkiyə Respublikasının Vitse-Prezidenti Cevdət Yılmaz, Özbəkistan Respublikasının Baş Naziri Abdulla Aripov, TDT-nin Baş Katibi Kubanıçbek Omuralıyev, eləcə də müşahidəçilər iştirak ediblər.

TDT-yə üzv dövlət başçılarının tapşırıqlarının icrası nəzərdən keçirilib. Regional və qlobal çağırışlar şəraitində qarşılıqlı fəaliyyət, ticarət-iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi perspektivləri, Orta Dəhlizin nəqliyyat infrastrukturunun və rəqəmsal inteqrasiyasının inkişafı, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Çıxışı zamanı Qazaxıstan Respublikasının Baş Naziri Oljas Bektenov TDT-nin iqtisadi əməkdaşlığın gücləndirilməsi və birgə səylərin əlaqələndirilməsində artan rolunu vurğulayıb.

“Qazaxıstan Prezidenti Kasım-Jomart Kemeloviç Tokayevin qeyd etdiyi kimi, bu gün dünya ictimaiyyəti Türk Dövlətləri Təşkilatını ciddi çağırışlara qarşı dura bilən nüfuzlu və həmrəy bir birlik kimi qəbul edir. Təşkilatın təsisçi ölkələrindən biri olaraq biz türk inteqrasiyasını ilk gündən uzunmüddətli, praqmatik və iqtisadi yönümlü proses kimi qiymətləndiririk.

2025-ci ilin yekunlarına görə Qazaxıstanın Təşkilata üzv ölkələrlə qarşılıqlı ticarət dövriyyəsi 12,9 milyard ABŞ dollarına çatıb. Biz birliyimizin bütün potensialından istifadə etməklə ticarət-iqtisadi və investisiya əlaqələrinin daha da dərinləşdirilməsində maraqlıyıq”, – deyə Oljas Bektenov bildirib.

Türk ölkələrinin Ticarət və Sənaye Palataları Birliyinin gücləndirilməsinin və onun Türk İnvestisiya Fondu ilə daha sıx koordinasiyasının vacibliyi qeyd olunub. Bu, TDT-nin iqtisadi institutları arasında daha səmərəli qarşılıqlı fəaliyyəti təmin edəcək.

Qarşılıqlı ticarətin həcmini artırmaq və biznes üçün rəqəmsal mühit formalaşdırmaq məqsədilə Qazaxıstan yaxın vaxtlarda Bişkekdə keçirilən TDT-nin 11-ci sammitində imzalanmış Rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlıq haqqında Sazişin (DEPA) ratifikasiyasını başa çatdırmağı planlaşdırır. Qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün Türk Dövlətlərinin Regional Metrologiya Təşkilatı – TURKMET-in yaradılması və tam fəaliyyətə başlaması üzrə işlərin sürətləndirilməsi təklif olunub.

Hazırda biznesin dəstəklənməsi məqsədilə Türküstanda “Turan” xüsusi iqtisadi zonası yaradılıb. Qazaxıstan bu zonada yeni birgə istehsalatların yerləşdirilməsinə və texnoloji klasterlərin inkişafına, o cümlədən TDT-yə üzv ölkələrdən olan tərəfdaşların iştirakı ilə hazır olduğunu təsdiqləyib.

Nəqliyyat-tranzit əməkdaşlığı məsələsinə də diqqət yetirilib. Orta Dəhlizin mövqeyinin gücləndirilməsi üçün cari ildə Qazaxıstan və Azərbaycan arasında hökumətlərarası sazişin imzalanması planlaşdırılır. Olcas Bektenov Zəngəzur dəhlizinin açılması nəzərə alınmaqla Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Orta Dəhlizin inkişafına əlavə təkan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən irəli sürülmüş TDT-nin Rəqəmsal Monitorinq Mərkəzi verə bilər. Bununla əlaqədar operativ şəkildə xüsusi işçi qrupunun yaradılması təklif olunub.

Qazaxıstanın Baş naziri Olcas Bektenov transsərhəd enerji infrastrukturunun gücləndirilməsinin və qabaqcıl ekoloji həllərin təşviqinin vacibliyini vurğulayıb. Hazırda Qazaxıstan Hökuməti ölkə Prezidentinin tapşırığı ilə Mərkəzi Asiyada su ehtiyatlarından səmərəli istifadə üzrə birgə proqramın həyata keçirilməsi üçün enerji səmərəliliyi sahəsində qabaqcıl təcrübələr Şurasının yaradılması üzrə konsepsiyaların hazırlanmasını başa çatdırır.

Bundan əlavə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən elan edilmiş Rəqəmsallaşma və Süni İntellekt ili çərçivəsində Qazaxıstan BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (ESKATO) çərçivəsində Rəqəmsal həllər mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edir.

Görüşün yekunlarına əsasən iştirakçılar tərəfindən Birgə Bəyanat qəbul edilib. Sənəddə Azərbaycanın TDT-də sədrliyinə və prioritet sahələrdə praktiki əməkdaşlığın inkişafı istiqamətində göstərilən səylərə dəstək ifadə olunub.

TodayPress TV

PHOTOS

Qazaxıstanın Baş naziri: "TDT-nin iqtisadi əməkdaşlığın gücləndirilməsi və birgə səylərin əlaqələndirilməsində rolu artır" — 1
Qazaxıstanın Baş naziri: "TDT-nin iqtisadi əməkdaşlığın gücləndirilməsi və birgə səylərin əlaqələndirilməsində rolu artır" — 2
Qazaxıstanın Baş naziri: "TDT-nin iqtisadi əməkdaşlığın gücləndirilməsi və birgə səylərin əlaqələndirilməsində rolu artır" — 3
NEWS FEED
31 JULY 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 All News