Dünya mediası İlham Əliyevin Tramp haqqındakı fikirlərini yazır

Dünya mediası İlham Əliyevin Tramp haqqındakı fikirlərini yazır
17.07.2026 17:51 Xarici siyasət

ABŞ-nin məşhur maliyyə bloqu və xəbər aqreqatoru "ZeroHedge" Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan sülh prosesindəki rolu barədə səsləndirdiyi fikirlərə həsr olunmuş məqalə dərc edib.

TodayPress TV  "Minval"a istinadən xəbər verir ki, nəşr Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışına istinad edərək bildirib ki, dövlət başçısı Tramp administrasiyasının son 30 ildə nə Demokrat, nə də Respublikaçı administrasiyaların nail ola bilmədiyi nəticəyə yaxınlaşdığını vurğulayıb.

Nəşr qeyd edib ki, Əliyevin sözlərinə görə, əvvəlki ABŞ administrasiyaları münaqişəni sadəcə dondurmuşdu, Tramp isə məsələyə yekun sülhün əldə olunması baxımından yanaşıb.

Məqalədə Prezident İlham Əliyevin Donald Trampı "sülhsevər" və "dünyada fürsət görən lider" kimi xarakterizə etdiyi, Tramp komandasının Azərbaycanın maraqlarını nəzərə aldığı, Ermənistanı sülh sazişinin faydalarına inandırdığı və razılaşmanın imzalanması üçün əlverişli şərait formalaşdırdığı barədə fikirlərinə də yer verilib. 

"ZeroHedge" həmçinin xatırladıb ki, bu açıqlamalardan sonra Donald Tramp "Breitbart"da dərc olunan məqaləni öz sosial media hesabında paylaşıb.

Prezident İlham Əliyev isə "X" platformasında Trampa təşəkkür edərək onun Azərbaycan və Ermənistan arasında sülhün təşviqində mühüm rol oynadığını bir daha vurğulayıb və ABŞ liderini "sülh adamı" adlandırıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
17 IYUL 2026
Valideynlərə ŞAD XƏBƏR - Uşaq bağçası xərclərinin yarıdan çoxunu dövlət ödəyəcək 18:37 ABŞ hücumlarından sonra dağılan körpülərin FOTOLARI 18:31 Türkiyə Ermənistana “kod qoydu” 18:25 Qurban Qurbanovdan təəccübləndirən QƏRAR 18:17 Altı ölkənin orduları Azərbaycanda birləşəcək 18:07 Dünya mediası İlham Əliyevin Tramp haqqındakı fikirlərini yazır 17:51 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır 17:48 "Bavariya" Maykl Olisenin müqaviləsinin müddətini uzatmaq istəyir 17:36 FSB -Metrodan Kremlə qədər uzanan dünyanın ən güclü kəşfiyyat xidmətlərindən biri 17:19 İsrail HƏMAS-ın əsas adamını aradan götürdü 17:19 II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlandı 16:50 Kremldən Bakıya rəsmi mesaj: Lavrov prezident İlham Əliyevin sözlərinə münasibət bildirdi 16:40 Azərbaycan Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çağırır 16:19 İran müharibəni Suriyaya daşıdı - "Hizbullah"a yol açmaq üçün bombalayır 16:17 Oğlu Niyazinin arvadının boğazını kəsdi və məşhur dirijorun əşyalarını narkotik vasitə üçün satdı - DETALLAR 16:10 XİN rəhbəri: Azərbaycan Ermənistan arasında de-fakto sülh mövcuddur 16:08 Britaniyanın yeni baş naziri kim olacaq? AÇIQLANDI - FOTO 16:02 XİN Ceyhun Bayramov və Lavrovun müzakirə etdiyi məsələləri açıqladı 15:50 Bir rus əsgərinin cəbhədə ömrü 20-30 dəqiqədir 15:25 Bakıya girmədən regionlara getmək mümkün olacaq? - Ekspert açıqladı 15:21 "Qazprom"un səhmləri 20 ilin ən aşağı səviyyəsinə endi 15:11 Ceyhun Bayramov və Lavrov Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi 15:12 Putinin reytinqi əriyir 15:07 Turist Şahdağdan Qəbələyə getmək üçün xəritəyə baxdı və şoka düşdü 15:05 SEPAH ABŞ üçün ölüm zonası yadadır 14:51 Bütün Xəbərlər