Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı

Prezident "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanladı
29.06.2026 10:47 Xarici siyasət

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciət mətnini Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli iştirakçılar!

Sizi Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin öz işinə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12‑ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar Türk Dünyası Həftəsinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır.

Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır.

Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yeni tipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı.

Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik.

Qurultayın obyektiv zərurətdən irəli gələn və bütün türk aləminin tərəqqisini nəzərdə tutan taleyüklü qərarları elmi-mədəni həmrəyliyimizin qorunub saxlanılmasında mühüm platforma rolunu oynamış, sərt sınaqlara tab gətirərək, 70 illik kommunist rejiminin süqutundan sonra milli müstəqillik əldə edən türk xalqlarının mədəni-mənəvi dirçəliş yollarını yenidən işıqlandırmışdır.

Əminliklə söyləyə bilərik ki, Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün müasir mərhələdə uğurla gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır.

Türk dünyası ailəsi böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolundadır. Biz bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə var qüvvəmizi bundan sonra da əsirgəməyəcəyik.

İnanıram ki, Türk Dünyası Həftəsi müxtəlif formatda silsilə tədbirləri ilə parlaq tarixi-mənəvi irsimizin yaşadılmasına, öyrənilməsinə və təbliğinə töhfələr verəcək, mədəni həyatımızın əlamətdar hadisələri sırasında özünəməxsus layiqli yer tutacaq və yaddaşlarda silinməz iz qoyacaq".

TodayPress TV

NEWS FEED
29 JUNE 2026
"Demokratiya TV"nin rəhbəri həbs edildi 14:38 Sürücülər, EHTİYATLI OLUN! - Yer yarılır, içinə girə bilərsiniz 14:32 Sızan bağırsaq sindromu barədə nə bilinir? Simptomlar və yanaşmalar 14:20 Rusiya yüzlərlə Ukrayna PUA-sını vurdu 14:18 Meteohəssas şəxslərin NƏZƏRİNƏ! Geomaqnit qasırğası olması ehtimalı var 14:09 ABŞ Müdafiə naziri gecə ilə Bakıya uçdu - Rusiya və İranı təşvişə salan 100 milyonluq layihə… 13:59 Pirşağıda dənizdə qadın batdı 13:56 Bir zənglə borca düşənlərin dərdinə çarə tapıldı - Daha aldanmayacaqsınız 13:53 Rus dilinin hökmdar olduğu cəmiyyətdə Azərbaycan dilini kimlər necə dövlət dili edə bildilər? 13:45 Rusiya Ukraynanı "qaranlığa" qərq etdi - 8 vilayətdə işıqlar söndü! 13:33 Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək 13:21 Nazirə ağır itki üz verdi 13:07 İyunun son günündə neçə dərəcə isti gözlənilir? 12:44 İran Bəhreyndəki ABŞ bazalarına zərbə endirdi - VİDEO 12:36 Bağdadın "ürəyində" yanğın başladı: Şəhər mərkəzi alova təslim oldu 12:31 Ötən həftə bu ərazilər minalardan təmizləndi 12:24 Azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı 12:19 "Araz-Naxçıvan" İssouf Paro ilə bağlı qərar verdi 12:09 Tarix artıq həqiqətin axtarıldığı məkan olmaqdan çıxır: İsrailin qərarının məzmunu nədir? 11:26 Azərbaycanın güləş üzrə çempionu körpə qızını və arvadını İŞİD-ə qurban verdi - İsmayıllıdakı güləşçi Suriyada cəllada çevrildi 11:52 Gədəbəydə ermənilərdən qisas alan Axıska türkü - "Bu da Məsmə xalanın əvəzi!" deyib düşmənin üstünə şığıdı 11:34 Ermənistan Zəngəzura doğru - Tunel tikintisi başladı 11:27 Dəfnində izdiham yaşanır, yollar bağlanır - Azərbaycanın ən qəribə məşhuru, repin atası Hüseyn Dərya "Kamaz"ın altında can verir 11:27 Bakının seçilməsi təsadüf deyil! - Ərdoğan Azərbaycanın strateji rolunu belə qiymətləndirdi 11:19 Gəncədə əsir düşənləri qırdırmaq üçün Surətin qardaşını oğurlayıb öldürmək istəyirdilər - İllər sonra açılan SİRR 11:17 All News