Prezident İlham Əliyev İƏT D-8 media forumunun iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ

Prezident İlham Əliyev İƏT D-8 media forumunun iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
21.11.2025 10:54 Xarici siyasət

Prezident İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları,

İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunda Sizi səmimi-qəlbdən salamlayıram. Bu Forumun Azərbaycanın təşəbbüsü ilə birinci dəfə Bakı şəhərində keçirilməsi mühüm hadisədir.

Bildiyiniz kimi keçən il Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilmişdir. Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən bu təşkilat ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Bu, ölkəmizə olan beynəlxalq etimadın göstəricisi, təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürü idi. 1,2 milyard əhalini əhatə edən və böyük iqtisadi potensiala malik D-8 təşkilatına üzv olan dövlətlər ortaq dini-mədəni dəyərləri bölüşürlər. Bu gün artıq üç qitəni əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya, süni intellekt, qlobal iqlim dəyişmələri ilə mübarizə və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan enerji, nəqliyyat və kommunikasiya sahələrində D-8 ölkələri ilə çoxşaxəli tərəfdaşlıqlar qurmaqla regional və beynəlxalq əməkdaşlığın mühüm iştirakçısına çevrilmişdir.

Azərbaycan D-8 ailəsinin üzvü olduğu gündən təsisatın inkişafı ilə bağlı səylər göstərir. Bu, təkcə iqtisadi deyil, həm də mədəni, sosial və humanitar əməkdaşlıq sahələrində özünü büruzə verir. Azərbaycanın D-8-ə üzvlüyə qəbul edilməsindən ötən bir ilə yaxın müddət ərzində ölkəmizin təşəbbüsü ilə Bakı şəhərində D-8 ölkələrinin QHT-lərinin ilk dəfə görüşü təşkil olunmuş, D-8 Həftəsi çərçivəsində “D-8 Yüksəksəviyyəli İqlim və Şəhərsalma Dialoq”u baş tutmuşdur. Azərbaycan bundan sonra da təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcəkdir.

Dost ölkələrin ictimai-siyasi xadimlərini, kommunikasiya üzrə mütəxəssislərini, media nümayəndələrini bir yerə toplayan bu Forumun qlobal informasiya məkanında meydana çıxan yeni çağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəli platforma olacağına inamımı ifadə edirəm. Qlobal böhranlar, bəşəriyyət qarşısında duran yeni sınaqlar və çətinliklər dövründə ölkələrimizin bir-birinə qarşılıqlı dəstək göstərməsi, o cümlədən media sahəsində həmrəyliyi nümayiş etdirməsi olduqca vacibdir.

Müasir dünyada informasiya adi xəbər olmaqla məhdudlaşmır, beynəlxalq münasibətlərin, ictimai rəyin və iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilərək xalqlar arasında etimadın və anlayışın formalaşmasında mühüm rol oynayır.

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”-lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır. Bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.

Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq, jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda, biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik.

Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır.

D-8 Media Forumunun xalqlarımız arasında əməkdaşlıq, qarşılıqlı etimad və həmrəyliyin möhkəmlənməsinə, informasiya təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğumu bildirir, forumun işinə uğurlar diləyirəm".

TodayPress TV

***

10:39

Azərbaycan Prezidenti İlham Əliyev “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

TodayPress TV xəbər verir ki, müraciəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Dövlət başçısı Azərbaycanın D-8 ölkələri ilə təkcə iqtisadi yox, humanitar və sosial məsələlərdə də əməkdaşlıq mexanizmi qurduğunu bildirib.

Prezident ünvanladığı müraciətdə dezinformasiya və süni intellekt vasitəsilə yalan məlumatların yayıldığı bir dövrdə ölkələr arasında təhlükəsiz və qərəzsiz informasiya məkanının formalaşmasının əhəmiyyətini vurğulayıb.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Makronun həyat yoldaşı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 All News