Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
16.07.2026 11:17 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

TodayPress TV xəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərinin Azərbaycanla Fələstin arasında qardaşlıq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirdi.

Azərbaycan Prezidenti ölkəmizin paytaxtı Şərqi Qüds olmaqla, müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğuladı.

Dövlətimizin başçısı ilə görüşməkdən şərəf hissi duyduğunu bildirən Məhəmməd Mustafa Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Mahmud Abbasın ölkəmizə səfərini, həmçinin beynəlxalq tədbirlər çərçivəsində onunla görüşlərini məmnunluqla xatırladı.

Məhəmməd Mustafa Fələstində hazırda çətin vəziyyətin hökm sürdüyünü deyərək, bu durumdan dostların köməyi ilə çıxa biləcəklərinə ümidvarlığını ifadə etdi. Bu xüsusda o, Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə, həmçinin humanitar dəstək kimi Fələstində orta məktəbin tikintisi ilə bağlı niyyətə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin ölkəmizdəki səfirliyinin xərclərinin isə Azərbaycan dövləti tərəfindən qarşılanması ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirildi.

Görüşdə 2013-cü ildə ölkəmizin ev sahibliyi etdiyi “İslam Maliyyə Təhlükəsizliyi Şəbəkəsinin yaradılmasına dair Konfrans”ın və “Qüds şəhərinin inkişaf etdirilməsi məqsədilə sektor planının maliyyələşdirilməsinə dair Donor ölkələrin Konfransı”nın nəticəsi olaraq Azərbaycanın Fələstinə 5 milyon dollar maliyyə yardımı etməsi xatırlanaraq, ölkəmizin, eyni zamanda, BMT-nin UNRWA təşkilatı vasitəsilə də Fələstinə yardım etdiyi vurğulandı.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” hesabına 23, ümumilikdə isə 37 fələstinli tələbənin Azərbaycanda təhsil alması yüksək qiymətləndirildi.

Baş nazir bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı Fələstinin bəzi kənd təsərrüfatı məhsullarının ölkəmizə güzəştli şərtlərlə ixracı məsələsi müzakirə olundu, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

TodayPress TV

PHOTOS

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi — 1
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi — 2
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi — 3
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi — 4
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi — 5
NEWS FEED
17 JULY 2026
Alimlər ən faydalı isti içkini açıqladı - Hər gün içənlər daha uzun yaşayır 01:41 Yunan yoqurtu, yoxsa adi? Mütəxəssislər ən faydalısını açıqladı 01:25 Biləsuvarın bu küçələrində qaz olmayacaq - XƏBƏRDARLIQ 23:25 Bu tarixlərdə doğulanlar maliyyədə daha şanslıdır 23:06 Çəkiniz eyni qalacaq, amma bədəniniz dəyişəcək - Sirri AÇIQLANDI 01:17 UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ 00:05 ABŞ zərbəsindən sonra Kehuristan körpüsü bu hala düşdü - FOTO 01:34 İranda körpüyə endirilən zərbə nəticəsində ölənlər var 01:30 TƏCİLİ: Bəndər-Abbasda körpü və dəmir yolu hədəfə alındı - VİDEO 01:11 İran bu görüntülərlə Trampa qarşı sui-qəsd çağırışı etdi - VİDEO 00:53 İranın daha bir şəhərində partlayış səsi eşidildi 00:45 Trampın başına 10 milyon dollar qoyuldu 00:40 İranda körpü vuruldu - VİDEO 00:32 İranşəhrə hücumun GÖRÜNTÜLƏRİ 00:25 Tramp və Netanyahu İran küçələrini “bəzədi” - FOTO 23:56 İranın liman şəhərlərinə zərbələr endirilir - VİDEO 00:01 İranda partlayış səsləri eşidildi - TƏCİLİ 23:48 İranda bombardmandan sonra elektrik enerjisi kəsildi 23:45 Zelenski Hakan Fidanı belə mükafatlandırdı - VİDEO 23:33 “Qarabağ”ın oyunu canlı yayımlanacaq? - AÇIQLANDI 23:11 Tramp Türkiyədən niyə razı qaldı? Ağ Ev səbəbini açıqladı 22:53 ABŞ İrana yeni hücum dalğasına başladı 22:48 Hörmüz boğazındakı son vəziyyət açıqlandı 22:35 Etirazlar Zelenskini buna məcbur etdi - Gülləkeçirməz şüşə arxasına keçdi 22:20 İran geri addım atır? - ABŞ-dən İDDİA 22:04 All News