Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı

Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatdı
19.06.2026 18:55 Xarici siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Bakıdakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, təhsil, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğulayıblar.

Görüşdə Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığının, bu il və gələn il Azərbaycanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sammitinin və İslam Əməkdaşlıq Təşkilatı sammitinin əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətini məmnunluqla qeyd ediblər.

Görüş zamanı postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

C.Bayramov səfirə Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Ahmad Kamrizamil Bin Mohd Rza ölkədə fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, Azərbaycan ilə Malayziya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

NEWS FEED
19 JUNE 2026
Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Rüstəm Minnixanov İlham Əliyevi təbrik etdi 20:32 Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO 20:23 Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 İtaliyanın xarici işlər naziri ABŞ-yə səfərini ləğv etdi - SƏBƏB 20:07 Azərbaycanın üç boksçusu Dünya Kubokunun yarımfinalında döyüşəcək 19:58 Azərbaycan-Ermənistan sərhədində ZƏLZƏLƏ 19:40 Azərbaycan və Yunanıstan universitetləri arasında əməkdaşlıq müzakirə olundu 19:20 All News