İlham Əliyevin dəvətindən sonra Slovakiya Prezidenti Bakıya gələcək

İlham Əliyevin dəvətindən sonra Slovakiya Prezidenti Bakıya gələcək
12.07.2026 12:18 Xarici siyasət

Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.

TodayPress TV Slovakiya mediasına istinadən xəbər verir ki, bu barədə Slovakiya Prezidentinin Dəftərxanasından bildirilib.

Səfər Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya baş tutmuş tarixdəki ilk rəsmi səfərinin davamı olacaq.

P.Pelleqrini ilə birlikdə Azərbaycana, Baş nazirin müavini, müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini, iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir gələcəklər.

P.Pelleqrini Şəhidlər Xiyabanını ziyarət edəcək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edəcək və Azərbaycanın apostol prefekti, əslən Slovakiyadan olan monsenyor Vladimir Fekete ilə görüşəcək.

Azərbaycanın rəsmi şəxsləri ilə, o cümlədən Prezident İlham Əliyevlə danışıqlar zamanı tərəflər energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini, Slovakiya ixracına dəstəyi, sənaye və texnoloji qarşılıqlı fəaliyyətin inkişafını, iki ölkə arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasını, eləcə də münaqişə nəticəsində zərər çəkmiş ərazilərin bərpası və inkişafı layihələrində slovakiyalı tərəfdaşların iştirakını müzakirə edəcəklər.

Bundan başqa, Slovakiya lideri Ağdam rayonuna səfər edəcək, orada Baş Qərvənd kəndindəki "Ağıllı kənd" ("Smart Village") layihəsi ilə tanış olacaq və Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

P.Pelleqrini, həmçinin Azərbaycanın Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində Bakıda həmçinin iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə Slovakiya-Azərbaycan biznes-forumu keçiriləcək. Tədbir ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və Slovakiya şirkətlərinin Azərbaycan bazarında təşviqi üçün platforma olacaq.

Prezidentin Dəftərxanasından bildirilib ki, Bratislava və Bakı arasında yüksək səviyyədə siyasi dialoqun davam etdirilməsi hər iki ölkənin enerji təhlükəsizliyi, iqtisadiyyat, innovasiyalar, nəqliyyat və texnologiyalar da daxil olmaqla, strateji əhəmiyyətli sahələrdə əməkdaşlığı inkişaf etdirmək arzusunu təsdiqləyir.

NEWS FEED
12 JULY 2026
Güləş üzrə dünya çempionatı: Azərbaycanın ilkin heyəti açıqlandı 14:15 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 12:43 Sabah “göydən od yağacaq” - 39 dərəcə isti 12:36 İlham Əliyevdən Qətər Əmirinə başsağlığı - “Qəlbimizdə daim yaşayacaq” 13:37 36 mindən çox abituriyentin qatıldığı imtahanda 12 nəfər qaydanı pozdu 13:26 Pakistan və İran XİN rəhbərləri telefonla danışdı - “Yeganə çıxış yolu budur” 12:07 Hacıqabulda qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 12:18 XİN-dən rəsmi təbrik - Azərbaycan bu ölkəyə xoş arzularını çatdırdı 12:40 ABŞ-nin “dəmir qalxanı” çökür 12:31 İran ABŞ-yə cavab zərbələrinin görüntülərini yaydı - VİDEO 12:23 İlham Əliyevin dəvətindən sonra Slovakiya Prezidenti Bakıya gələcək 12:01 Rusiyanın bağladığı qapılar Belarusda açıldı - Miqrantlara ŞAD XƏBƏR 10:31 Zelenski qadağan olunmuş addımı etiraf etdi 10:04 Azərbaycan tranzitin əsas mərkəzinə çevrilir - 480 kilometrlik layihə 11:09 Avtobusun aşdığı qəzadan yeni xəbər - Yaralıların kimliyi bəlli oldu - YENİLƏNDİ 10:12 Rusiyanın nəzarətində olan şəhər qaranlığa qərq oldu 10:08 Lindsi Qrem vəfat etdi 10:37 Rusiyada benzin üstündə “qırğın” gedir - VİDEO 09:59 Bakıda külək güclənir - FAKTİKİ HAVA 09:54 NATO-da pərdəarxası - “Rusiya ilə danışıqlara can atırlar” 09:40 İran ABŞ-yə cavab zərbələri endirir 09:28 ABŞ İranı vurdu - Gecə nə baş verdi? 09:22 ABŞ İrana qarşı yeni hücum dalğasına başladı - RƏSMİ 09:16 Bəhreyndə güclü partlayış səsləri eşidildi - VİDEO 09:09 Bakıya gedən sərnişin avtobusu aşdı: Onlarla yaralı, uşaqlar da var 09:05 All News