Bakıya gedən sərnişin avtobusu aşdı: Onlarla yaralı, uşaqlar da var
Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.
TodayPress TV APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.
Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.
Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.