İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı

İlham Əliyev Bakıda baş verdiyi iddia edilən gizli görüşdən danışdı
21.07.2026 18:37 Xarici siyasət

“Bakıda belə bir görüşün keçirilməsi barədə “The Times” qəzetindən öyrəndik, bizim bu barədə xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanında çıxan məqaləyə diqqətlə yanaşaraq, araşdırma aparmışıq”.

TodayPress TV APA-ya istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabında deyib.

Dövlət başçısı bildirib ki, dünən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib:

““The Times” qəzetində adları keçən şəxslərin eyni vaxtda Azərbaycanda olduqları təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki tanınmış şəxs – biri xanım Merkelin Administrasiyasının rəhbəri cənab Pofalla və cənab Platzek Bakıya gəlib və iyulun 14-də geri qayıdıblar. Eyni zamanda iyulun 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlib, biri iyulun 13-də, o biri isə iyulun 14-də Bakıdan ayrılıb. Bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib. Yəni bizim ərazimiz bizdən xəbərsiz olaraq, sadəcə, istifadə olunub. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm, çünki biz bunu görməmişik. Amma dediyim uçuş statistikası deməyə əsas verir ki, belə gizli görüş Bakıda keçirilib. Əgər bu görüş Rusiya-Ukrayna müharibəsinin sonuna gətirəcəksə, əlbəttə ki, biz bunu alqışlayırıq”.

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır: “Bizim məqsədimiz bundan ibarətdir ki, müharibə dayansın və bölgədə sülh təmin edilsin”.

NEWS FEED
22 JULY 2026
“Taktiki bomba ilə məhv ediləcək” – İranla bağlı iddia 00:44 SON DƏQİQƏ: İsrailin Bəhreyndəki səfirliyində partlayış oldu - İDDİA 00:40 İran, İraq, Əfqanıstan… Tramp bütün müharibələri bir siyahıda topladı 00:29 Azərbaycan milli mətbuatının 151 yaşı tamam olur 23:48 Zelenski Ukrayna Silahlı Qüvvələrinə yeni baş komandan təyin etdi 23:45 “Heç kimin təsəvvür edə bilməyəcəyi qədər zəiflədilər” - Tramp 23:33 Ukrayna ordusunda nə baş verir? - Sırski vəzifədən getdi 23:14 Fransada uşaqlara “komendant saatı” tətbiq ediləcək 22:55 TƏCİLİ: ABŞ bombardmançı təyyarələri havaya qalxdı 22:51 Zelenski Fedorovla görüşdü - Rəsmi Kiyev detalları açıqlamır 22:33 “İndi geri çəkilsək, İran 25 ilə…” - Tramp 21:45 Çempionlar Liqası: "Sabah" "KuPS"a qalib gəldi - YENİLƏNDİ 20:02 Prezident və Fridrix Merts mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNDİ 15:55 Həyəcan siqnalı: ABŞ bazası tam döyüş hazırlığına gətirildi - VİDEO 21:57 İranın Bəhreynə dron hücumları davam edir - VİDEO 21:52 Kəlbəcərdə partlayışda yaralanan şəxslə bağlı yeni məlumat 14:53 İsrail geri çəkiləcək, Suriya hərəkətə keçəcək - Trampdan YENİ PLAN 21:33 Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi? 21:21 Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 21:15 İlham Əliyev Almaniyada xatirə kitabına nə yazdı? - FOTO 21:06 Prezident ilə Fridrix Mertsin geniş tərkibdə görüşü oldu - YENİLƏNDİ 15:47 Ukrayna Qərb silahlarını artıq özü istehsal edəcək 20:50 Gəncə və Samuxda baş verən kütləvi zəhərlənmələrin səbəbi bu imiş 20:39 Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 20:28 “Kanada bizsiz yaşaya bilməz” - Tramp 20:14 All News