İƏT PA-ya sədrlik İndoneziyadan Azərbaycana keçdi

İƏT PA-ya sədrlik İndoneziyadan Azərbaycana keçdi
24.06.2026 11:18 Xarici siyasət

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqına sədrlik İndoneziyadan Azərbaycana keçib.

TodayPress TV xəbər verir ki, sədrliyin təhvil verilməsi İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində baş tutub.

Qeyd edək ki, 40-dan çox ölkənin parlament nümayəndə heyəti, 10-dan çox ölkə spikeri və 10 beynəlxalq təşkilatın nümayəndələrinin qatıldığı sessiyada "Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılacaq. Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.

Tədbir çərçivəsində təşkilatın Baş Komitəsinin, İcraedici komitəsinin, Baş Katiblər Assosiasiyasının, Siyasi məsələlər və beynəlxalq əlaqələr, İqtisadi məsələlər və ətraf mühit, Hüquqi və mədəni, sivilizasiyalar və dinlərarası dialoq məsələləri, İnsan hüquqları, qadın və ailə məsələləri komitələrinin, həmçinin qurumun digər strukturlarının iclasları keçiriləcək, gündəlikdəki sənədlərə münasibət bildiriləcək.

Sessiya iyunun 25-də başa çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
Sədərək–Binə yolunda yük maşını yanır - VİDEO 00:20 Vaşinqtonda Ermənistan-Azərbaycan-ABŞ üçtərəfli görüşü keçirilib 22:12 "Putin rusların müharibəni dəstəklədiyini göstərmək istəyir" - Zelenski 00:06 "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi! 00:00 Hörmüzdə günlük daşınma 9 milyon barelə çatıb - ABŞ energetika naziri 23:48 Husilər Səudiyyə Ərəbistanına zərbələr endirdiklərini ELAN ETDİ 23:37 Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 Bütün Xəbərlər