Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq

Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq
11.08.2026 22:33 Xarici siyasət

Zəngəzur dəhlizi Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq.

TodayPress TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə zamanı bildirib.

"Bu yolun əhəmiyyəti dediyim kimi, təkcə Azərbaycan üçün yox, geniş coğrafiya üçün olacaq. Çünki qeyd etdiyim kimi, bu, Şərq-Qərb nəqliyyat dəhlizinin bir qolu olacaq. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin bir qolu olacaq. Çünki bu gün Şimal-Cənub nəqliyyat dəhlizi deyəndə adətən Rusiya-Azərbaycan-İran, yəni Astaraya keçid, Astara-Rəşt İran ərazisində layihə nəzərdə tutulur", - deyə Prezident vurğulayıb.

Azərbaycan Prezidenti bildirib ki, Azərbaycan ərazisində bu layihə hazırdır: "Amma Zəngəzur dəhlizi açılandan sonra artıq Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaqdır. Məhz Zəngəzur dəhlizindən Naxçıvana girərək və Culfa dəmiryol məntəqəsindən İrana dəmir yolu var. Yəni bu layihə daha tez reallaşa bilər. Şimal-Cənub nəqliyyat dəhlizi Fars körfəzinə istiqamətləndirilir. Oradan o bölgəyə yaxın olan, məsələn, Pakistana uzana bilər. Yəni bu, çox önəmli bir nəqliyyat layihəsi olacaqdır və bunun mərkəzində Naxçıvan dayanır.

Ona görə bu gün strateji nöqteyi-nəzərindən, bundan əvvəl dediyim amillərlə yanaşı, bu amil də çox önəmli rol oynayır. Əlbəttə ki, buradan keçən tutaq ki, 15 milyon ton, bəlkə daha çox yük daha böyük canlanmaya gətirib çıxaracaq. Daha çox iş yerləri açılacaq, iqtisadi fəallıq artacaq və Naxçıvan deyə bilərəm ki, əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür.

Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi "bypass" etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək".

TodayPress TV

XƏBƏR LENTİ
11 AVQUST 2026
Kolumbiyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir 23:16 Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq 23:18 “Beşiktaş” Duşan Vlahoviçin transferi ilə bağlı razılığa gəldi! 22:58 Prezident: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur 23:01 "Orhus"un baş məşqçisi: "Sabah" kimi güclü komandalar səhvləri bağışlamırlar 22:51 Yunanıstanın Baş Naziri xəstəxanaya aparıldı 22:45 Prezidentin sosial şəbəkə hesabında Naxçıvana səfəri ilə bağlı videoçarx paylaşıldı 22:53 ABŞ rəsmisi ELAN ETDİ: İsrail-Livan danışıqları BU tarixdə baş tutacaq! 22:25 İlham Əliyev: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır 22:41 Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir 22:38 Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq 22:35 Rusiyanın büdcə gəlirləri ARTIB: Yanvar-iyul göstəriciləri açıqlandı 22:21 Prezident Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub 22:13 Azərbaycan, Ermənistan və ABŞ rəsmiləri BİR ARAYA GƏLDİ 22:12 900 illik memarlıq irsi Naxçıvanda belə əbədiləşdirildi - Prezident açılış etdi 22:05 İlham Əliyevin Azərbaycan Televiziyasına MÜSAHİBƏSİ 22:00 Çempionlar Liqası: "Sabah" darmadağınla tarixi uğura imza atır - YENİLƏNDİ - VİDEO 20:08 Prezident Möminə xatun türbəsində görülən işlərlə tanış oldu 21:53 Naxçıvan 2044-cü ilə qədər TAM DƏYİŞİR: Baş Plan AÇIQLANDI 21:46 Naxçıvanda 131 otaqlı mehmanxana tikilir: Prezident təməlini qoydu 21:42 İsrail və Venesueladan 17 il sonra İLK 21:39 Ali Baş Komandan Naxçıvanda: Yeni komando hissələrinə Döyüş bayraqları verildi 21:28 Gürcüstan Rusiyaya şərt qoydu: Bunu etməsəniz… - YENİ GƏRGİNLİK 21:22 Ukraynanın zərbələrindən sonra Rusiyanın neft ixracı iflic oldu - RƏQƏMLƏR 21:09 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanacaq 20:57 Bütün Xəbərlər