Hindistanın zorakılıq siyasətinə dair konfrans keçiriləcək

Hindistanın zorakılıq siyasətinə dair konfrans keçiriləcək
14.01.2026 16:23 Xarici siyasət

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı konfrans keçiriləcək.

TodayPress TV xəbər verir ki, tədbirdə Pəncab əyalətinin insan hüquqları və azlıqlar üzrə naziri Rameş Singh Arora və digər rəsmilər, eləcə də Zikh icmasının Kanada, Böyük Britaniya və ABŞ-dəki nüfuzlu nümayəndələri, həmçinin beyin mərkəzlərinin rəhbərləri, xarici universitetlərin insan hüquqları və etnik azlıqlar sahəsində fəaliyyət göstərən alimləri, Hindistan hökumətinin repressiv, irqçilik və təqib siyasətinin birbaşa qurbanı olan şəxslər iştirak edəcək.

Konfransda Hindistan hökumətinin Zikhlərə və digər etnik azlıqlara qarşı sistemli şəkildə apardığı irqi ayrı-seçkilik, zorakılıq və repressiv siyasəti, bu xüsusda Hindistan hökumətinin BMT-nin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “İrqçiliklə mübarizə üzrə beynəlxalq konvensiya” və “İşgəncələrə qarşı konvensiya” üzrə öhdəliklərinin etnik azlıqlara münasibətdə kobud şəkildə pozulması məsələləri müzakirə ediləcək. Real vəziyyətin beynəlxalq təşkilatların gündəliyində saxlanılması və müvafiq qərarların qəbul olunması, xüsusilə BMT-nin İnsan Hüquqları Komitəsi tərəfindən Hindistanda etnik azlıqların pozulmuş hüquqları, məhkəmə qərarları olmadan icra edilmiş edamların araşdırılması və BMT-nin xüsusi məruzəçiləri tərəfindən hüquq pozuntularının sənədləşdirilməsi və beynəlxalq monitorinqə çıxarılması imkanları ətrafında diskussiyalar aparılacaq.

Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının və akademik çevrələrin bu prosesdə rolu, onların hazırladığı hesabatların, hüquqi rəylərin və tövsiyələrin beynəlxalq qərar qəbuletmə mexanizmlərinə təsiri imkanları müzakirə mövzusu olacaqdır.

Qeyd edək ki, Zikhizm XV əsrdə yaranmışdır və öz doktrinasında kasta mənsubiyyətindən, cinsiyyətdən, və dilindən asılı olmayaraq bütün insanlar arasında tam bərabərliyi təbliğ edir, bu səbəbdən də ənənəvi hindu kasta sistemini qəti şəkildə rədd edir. Hindistanda Zikh icmasının ümumi sayı təxminən 25 milyondan artıqdır. Zikhlər əsasən Hindistanın əsas kənd təsərrüfatı bölgəsi hesab edilən Pəncab ştatında məskunlaşıblar.

Qeyri-Hökumət Təşkilatları və müstəqil ekspertlər tərəfindən Beynəlxalq təşkilatlara təqdim edilmiş hesabatlarda Hindistan hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş silahlı basqınlar və repressiv siyasət nəticəsində təkcə 1984-cü ildə 8,000–17,000 Zikh qətlə yetirildiyi, 50,000-dən çox Zikh üzvünün Hindistan hökumətinin təqiblərindən qaçaraq xarici ölkələrə mühacirət etdiyi qeyd edilir. 1980–1990-cı illərdə Pəncabda zihkh icmasının minlərlə üzvü oğurlanmış və ya qaçırılmış, eyni zamanda məhkəmə prosesi keçirilmədən qondarma ittihamlarla qətlə yetirilmişdir. Hazırda hüquqlarını tələb edən Zikh fəallar "separatizm" və ya "casusluq" ittihamı ilə həbs edilir, Pəncabda polis reydləri artmaqda davam edir. Xaricdə yaşayan zikh fəallara qarşı terror aktları təşkil edilib ki, Kanada və ABŞ rəsmi qurumları bu terror aktlarının törədilməsində Hindistan xüsusi xidmət orqanlarını ittiham ediblər.

Qeyd edək ki, qaçan Zikh icmasının üzvlərinin böyük əksəriyyəti hazırda Kanada, Böyük Britaniya, ABŞ və Avstraliyada məskunlaşıblar. Onlar Hindistanda bu gün də davam edən siyasi repressiyalara qarşı ədalət tələb edirlər.

Zikh icması Hindistan hökumətindən 1984-cü il anti-zikh qırğınlarının rəsmi olaraq soyqırımı kimi tanınmasını, yeni müstəqil istintaq komissiyasının yaradılmasını, soyqırımıın təşkilatçıların məhkəmə qarşısına çıxarılmasını və 1980-1990-cı illərdə Pəncabda minlərlə məcburi yoxa çıxmış şəxsin taleyinin aydınlaşdırılması və günahkarların cəzalandırılmasını, qanunsuz həbs edilmiş zikh fəalların azadlığa buraxılması və onlara siyasi məhbus statusunun verilməsini tələb edir. Pəncabın muxtariyyətinin genişləndirilməsi, idarəetmədə mərkəzi hökumətin müdaxiləsinin qadağan edilməsi yer alır. Bundan əlavə, xaricdəki zikh fəallara qarşı transmilli repressiyaların, o cümlədən sui-qəsd və təhdidlərin dayandırılması, beynəlxalq araşdırmalara icazə verilməsi, eləcə də Hindistan hökumətinin 1984-cü il qırğınları üçün rəsmi üzr istəməsi və qurbanlara kompensasiya ödənilməsi tələb olunur.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 All News