Azərbaycan nümayəndə heyəti Qırğızıstanda seçkiləri müşahidə edəcək

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda seçkiləri müşahidə edəcək
28.11.2025 09:10 Xarici siyasət

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğız Respublikasına səfər edib.

Bu barədə MSK-dan TodayPress TV-yə bildirilib ki, Qırğız Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarovun dəvətinə əsasən reallaşdırılan səfərin başlıca məqsədi noyabrın 30-da bu ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.

MSK təmsilçilərinin səsvermə gününədək növbədənkənar parlament seçkilərinə ümumi hazırlıq prosesləri ilə tanış olacağı və habelə seçki günü paytaxtdakı məntəqələrdə səsvermə prosedurlarını müşahidəsi nəzərdə tutulur.

MSK nümayəndə heyəti noyabrın 28-də Bişkekdə keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ali seçki qurumlarının Məşvərət Platformasının ikinci iclasında da iştirak edəcək. Tədbirdə seçki idarəçiliyi sahəsində institusional əməkdaşlığın inkişafı və əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə olunacaq.

Səfər çərçivəsində MSK sədrinin Qırğız həmkarı ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin seçki idarəetmə orqanlarının və seçkilərin müşahidəsinə qatılan beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası əlaqələrin daha da dərinləşdirilməsi perspektivləri, seçkilərlə bağlı müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması da nəzərdə tutulur.

Qeyd edək ki, MSK-nın nümayəndələri Qırğız Respublikasında növbədənkənar parlament seçkilərində Türk Dövlətləri Parlament Assambleyası, Türk Dövlətləri Təşkilatı, ATƏT/DTİHB və Müstəqil Dövlətlər Birliyinin beynəlxalq müşahidə missiyalarının tərkibində də təmsil olunurlar.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər