Hikmət Hacıyev: Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub

Hikmət Hacıyev: Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub
17.04.2026 13:53 Xarici siyasət

Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumunda "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün qlobal enerji təhlükəsizliyinə xidmət edir və eyni zamanda, region ölkələrinin maraqlarını təmin edir.

O qeyd edib ki, Ermənistan–Azərbaycan münaqişəsinin həlli regional baxımdan xüsusi əhəmiyyət daşıyır: “Azərbaycan bu prosesdə liderlik nümayiş etdirib və münaqişə artıq keçmişdə qalıb. Ölkəmiz siyasi, hərbi və hərbi-siyasi vasitələrlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib”.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır və ötən ilin avqustunda ABŞ rəhbərliyinin iştirakı ilə müvafiq saziş ilkin olaraq paraflanıb.

Hikmət Hacıyev bildirib ki, 30 il ərzində ATƏT-in Minsk qrupu tərəfindən regiona kənardan tətbiq edilən həll modeli nəticəsiz qalıb: “Bu, bir daha göstərir ki, regionda real nəticələrə yalnız yerli sahiblik və liderlik yolu ilə nail olmaq mümkündür”.

O əlavə edib ki, hazırda regionda yeni status-kvo formalaşıb və Cənubi Qafqaz sülh mərhələsinə daxil olub. Bununla yanaşı, Hikmət Hacıyev yaxın coğrafiyada yeni münaqişə ocaqlarının yarandığını da qeyd edib.

Hikmət Hacıyev regional bağlantı layihələrinin əhəmiyyətinə də toxunaraq bildirib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birlikdə Transxəzər nəqliyyat layihələrini inkişaf etdirir.

Onun sözlərinə görə, bu istiqamətdə Bakı–Tbilisi–Qars dəmir yolu mühüm rol oynayır və Zəngəzur dəhlizi əlavə imkanlar yarada bilər.

Prezidentin köməkçisi vurğulayıb ki, regional sahiblik təcrid demək deyil, əksinə, bu yanaşma digər regionlarla əməkdaşlıq üçün geniş platforma yaradır.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 All News