General itkin düşmüş şəxslərin sayını açıqladı

General itkin düşmüş şəxslərin sayını açıqladı
30.06.2026 10:36 Xarici siyasət

Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu günədək aparılan axtarış və identifikasiya işləri nəticəsində 893 nəfərə aid insan qalıqları aşkar edilərək ekshumasiya olunub:

"Onlardan 327 nəfərin şəxsiyyəti DNT və məhkəmə-tibb ekspertizası vasitəsilə müəyyən edilib, 226 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub".

Hazırda 3 683 nəfər hələ də itkin hesab olunur.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.

Ş.Həsənov bildirib ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.

General əlavə edib ki, Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar qeydiyyata alınmış itkin düşmüş şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir.

Onun sözlərinə görə, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə İkinci Qarabağ müharibəsində itkin düşüb:

"İtkin düşənlərin 3 222-si hərbçi, 782-si isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 yaşlı şəxs var".

TodayPress TV

XƏBƏR LENTİ
15 AVQUST 2026
Çiro İmmobile futbola vida etdi! 01:35 ABŞ lideri Harrisi yenidən namizəd göstərməyi təklif etdi 00:31 Bolqarıstanın F-16 arzusu 2030-a qaldı! 01:04 Tramp NATO-ya qəzəbləndi: "Biz bunu unutmuruq" 00:51 Sumqayıtda zəncirvari QƏZA: Altı avtomobil toqquşdu - VİDEO 01:19 "Qalatasaray" evdə heç-heçə ilə kifayətlənməli oldu! 00:56 Üzgüçümüz Süleyman İsmayılzadə Avropada 17-ci oldu! 00:37 Tramp Hörmüzü ABŞ-yə qatmaq istəyir 00:22 Ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmadı 22:38 Husilərdən Qırmızı dənizdə kütləvi hücum – Moha limanı alovlara büründü! 23:50 Xorvatiyanı güclü meşə yanğınları bürüdü - VİDEO 23:35 İran yaxınlığında DƏHŞƏTLİ mənzərə: İki nəhəng neft ləkəsi yarandı! 23:28 "Nüvə silahlı ilk islam respublikası Britaniya olacaq" - Netanyahu 23:13 Əkbər Qoşalının “Yol səni səslər” kitabı rus dilində nəşr olunub 23:08 Kanada İranın yüksək vəzifəli rəsmilərinə sanksiya tətbiq etdi - Səbəb... 22:57 Trampın Kuba planı BƏLLİ OLDU! – Hərbi əməliyyat olmayacaq? 22:40 "Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı! 22:28 FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb 22:14 Livanın parlament sədri ABŞ generalı ilə bir araya gəldi - Sabitliyin yeganə yolu... 22:10 Dənizdən PUA qalıqları çıxdı, turistlər təxliyə edildi 21:54 ABŞ iqtisadiyyatında inanılmaz nəticələr - Tramp danışdı 21:48 TƏCİLİ: Belarus Ukrayna ilə sərhədə ordu yığır 21:40 Tramp təhlükə olan təyyarədə onu tək buraxdı deyə, istefa verdi 21:30 Kokainin üzərindən futbolçu çıxdı - Maraqlı olay - VİDEO 21:19 SON DƏQİQƏ: Azərbaycanda güclü zəlzələ oldu 21:02 Bütün Xəbərlər