Gənclərimiz İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı oldular

Gənclərimiz İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı oldular
28.05.2025 04:22 Xarici siyasət

ürkiyənin İstanbul şəhərində, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri proqramı və Kanadanın CGDL (Qlobal Dialoq və Liderlik Mərkəzi) təşkilatının birgə təşkilatçılığı ilə keçirilən nüfuzlu Beynəlxalq “Youth Impact” Forumunda Səidə Cəfərova və Elnarə Əsgərova Azərbaycanı təmsil ediblər.

TodayPress TV-nin məlumatına görə, hər iki nümayəndə bakalavr təhsillərini Bakı Dövlət Universitetinin Politologiya ixtisasını fərqlənmə ilə bitirmiş və hal-hazırda Magistr pilləsi üzrə təhsillərini eyni sahə üzrə davam etdirirlər.

Forum Kanadada yerləşən “Center for Global Dialogue and Leadership” (CGDL) təşkilatı tərəfindən təşkil olunub və 40-dan çox ölkədən 100-dən artıq gənc lideri, fəalı və mütəxəssisi bir araya gətirib.

Azərbaycan nümayəndə heyəti olaraq təqaüd qazanaraq forumda iştirak hüququ əldə edən gənclər, strateji müzakirələrə və liderlik yönümlü proqramlara fəal şəkildə qatılıblar.

BMT nümayəndələri, diplomatik dairələr və beynəlxalq gənclər şəbəkələri ilə birbaşa görüşlərdə Azərbaycan gəncliyinin səsini çatdıraraq regional əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.

“Bu dünyada uğrunda mübarizə aparmalı olduğumuz tək müharibə sülhdür,” – bu sözləri BMTİP-də fəaliyyət göstərmiş Səidə Cəfərova forum çərçivəsində keçirilən sessiyalardan birində çıxışında qeyd edib.

Elnarə Əsgərova çıxışında bu cür tədbirlərdən birinin mütləq Bakının ev sahibliyi etməsi üçün şəxsən təşəbbüs göstərəcəyini vurğulayıb.

Tədbirin dövlətlərin mədəniyyətlərinin tanıdılmasına həsr olunmuş hissəsində azərbaycanlı gənclər “Bayatı Şiraz” və “ Qarabağ şikəstəsi” sədası altında Azərbaycan bayrağını nümayiş etdirib və eyni zamanda mədəniyyət, tolerantlıq, multikulturalizm ölkəsi olan Azərbaycan haqqında forum iştirakçılarına məlumat verib.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər