Elnur Məmmədov Braziliyaya səfər etdi

Elnur Məmmədov Braziliyaya səfər etdi
02.09.2025 17:32 Xarici siyasət

1 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Braziliya Federativ Respublikasına səfər edib.

Bu barədə Xarici İşlər Nazirliyindən TodayPress TV-yə verilən məlumata görə, səfər zamanı Brazilia şəhərində Azərbaycan Respublikası və Braziliya Federativ Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, beşinci raundu keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Braziliya tərəfindən isə xarici işlər nazirinin birinci müavini Maria Laura de Roşa başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, təhsil, turizm, mədəniyyət və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub.

Müqabil tərəf cari ilin 8 avqust tarixində Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılaşmalar münasibətilə təbriklərini çatdırıb.

Öz növbəsində Azərbaycan-Ermənistan sülh gündəliyindən bəhs edən nazir müavini, eyni zamanda 1 sentyabr tarixdə ATƏT-in Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlandığını diqqətə çatdırıb.

Səfər çərçivəsində nazir müavini Braziliyanın Vitse-prezidenti Jeraldo Alkmin tərəfindən qəbul olunub.

Görüşdə J.Alkmin ötən ilin noyabr ayında COP29-da iştirak edən Braziliya nümayəndə heyətinin rəhbəri qismində ölkəmizə səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini qeyd edib.

Bu kontekstdə o, siyasi məsləhətləşmələrin, eləcə də Braziliyada keçirilən Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında Ticarət və İnvestisiya əməkdaşlığı üzrə Birgə İşçi Qrupun birinci iclasının işinə uğurlar arzulayıb.

İki ölkə arasında çoxtərəfli və xüsusilə “COP Üçlüyü” formatında həyata keçirilən əməkdaşlıqdan razılığını ifadə edən Alkmin ölkəmizin qlobal iqlim gündəliyinə töhfələrini yüksək qiymətləndirib.

Braziliya xarici işlər naziri Mauro Vieyra ilə keçirilmiş görüşdə ölkələrəmiz arasında siyasi dialoqun uğurla inkişaf etdiyi, ticarət dövriyyəsində artımın müşahidə olunduğu vurğulanıb. Çoxtərəfli formatda əməkdaşlığın müvəffəqiyyətlə davam etdiyi bildirilib.

Görüş çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanma mərasimi keçirilib.

Azərbaycan tərəfindən sazişi Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Rəşad Novruz, Braziliya Federativ Respublikası tərəfindən xarici işlər naziri Mauro Vieyra imzalayıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov Braziliyanın “Empresa Brasil de Comunicaçao” dövlət mətbuat agentliyi və özəl “SBT” televiziya kanalına müsahibə verib.

FOTOLAR

Elnur Məmmədov Braziliyaya səfər etdi — 1
Elnur Məmmədov Braziliyaya səfər etdi — 2
Elnur Məmmədov Braziliyaya səfər etdi — 3
Elnur Məmmədov Braziliyaya səfər etdi — 4
Elnur Məmmədov Braziliyaya səfər etdi — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər